1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Elm xəbərləri
12.05.2017 / No16

 
 
 

 

 


Superkompüterdə 45 kubitlik kvant hesablama sisteminin modeli hazırlanıb

Yusif ƏLİYEV



Kvant hesablama sistemlərinin iş prinsiplərinin çətinliyinə görə, bu kimi sistemlərin işlədiyi, modelləşdirilən kvant bitlərin (kubitlər) sayının artırılması hesablama gücünün yüksəldilməsini tələb edir. Buna görə də bu sistemləri yaratmaq çox çətindir.
İsveçrə tədqiqatçıları yaxın zamanda 49 kubitlik kvant kompüterinin riyazi modelinin hesablamalarını aparmağa hazırlaşırlar. Bu, indiyədək olan ən çətin quraşdırılan kvant sistemlərindən biridir.
Tədqiqatın müəllifləri İsveçrə Federal Texnologiya İnstitutundan Tomas Hener və Damian Staygerdir. Bu modelin hesablamalarının aparılması üçün bütün dünyada gücünə görə 5-ci yerdə duran Cori II superkompüterindən istifadə ediləcək. Cori II Berklidə Lourens adına Milli Laboratoriyada yerləşir. Kompüter hər biri 1,4 QHs takt tezlikli 68-nüvəli Intel Xeon Phi 7250 prosessorundan təşkil olunan 9034 hesablama qovşağından ibarətdir. Sistemin yaddaşının həcmi 1 petabayt, məhsuldarlığı isə 29,1 petaflops təşkil edir. Tədqiqatçılar Cori II-nin köməyilə artıq 30, 36, 42 və 45 kubitlik kvant sistemlərin modelini hazırlamağa müvəffəq olublar.
www.hi-news.ru  saytının məlumatına görə, bu iş nəticəsində hazırkı kod ilk modellərdə istifadə edilmiş koddan daha sürətli işləyir.
Bu riyazi model ən mürəkkəb proseslərin hesablanması və kvant tərəddüdlərinin amplitudası üçün üzən vergüllü ədədlərdən istifadə edir. Mütəxəssislər əmindirlər ki, istifadə olunnan kodda onun sonradan daha da optimallaşdırması üçün 8192 qovşaq gücündən istifadə etməklə 49 kubitlik kompüterin modelinin hesablamalarını aparmaq üçün imkanlar mövcuddur.


Uçan elektrik avtomobilinin sınaqları keçirilib



Almaniyanın “Lilium Aviation” şirkəti ilk şaquli uçan iki nəfərlik elektrik avtomobilinin sınaqlarını keçirib.
www.hi-news.ru   saytının məlumatına görə, 40-dan çox dizayner, mühəndis və həvəskardan ibarət beynəlxalq komanda bir neçə il ərzində “The Lilium Jet” avtomobilinin yaradılması üzərində işləyib. Nəqliyyat vasitəsi hava ilə saatda 300 km-ə qədər sürətlə hərəkət etmək imkanına malikdir. Akkumulyatorların enerjisi 300 km-ə qədər məsafənin öhdəsindən gəlmək iqtidarındadır.
“The Lilium Jet” 36 hərəkətli reaktiv mühərriklərlə təchiz edilib. Avtomobil hazırlanarkən sərnişinlərin təhlükəsizliyi, həmçinin avtopilot sisteminin idarəetməsi altında avtonom uçuş imkanı kimi məsələlərə böyük əhəmiyyət verilib.
Avtomobili ilk vaxtlarda insanların idarəetməsi planlaşdırılır. Gələcəkdə isə onları pilotsuz taksilərə çevirmək mümkün olacaq. Şirkətin ən yaxın planlarına, həmçinin iki əvəzinə beş sərnişin daşımaq imkanına malik uçan elektrik avtomobilinin yaradılması daxildir.
Qeyd edək ki, “Lilium Aviation”ın bütün avtomobilləri paraşütlər və təhlükəsiz uçuş parametrlərindən kənara çıxmaların qarşısını alan “Flight Envelope Protection System”lə təchiz ediləcək.


Ən təhlükəsiz smartfon təqdim edilib



Son zamanlar mobil qurğularda fərdi məlumatların mühafizəsi geniş müzakirə mövzusuna çevrilib. Buna görə də bəzi şirkətlər yüksək təhlükəsizlik səviyyəsinə malik qurğular istehsal edirlər. Tanınmış antivirus proqram təminatı istehsalçısı Con Makafi də belə qadcet təqdim edib. O, yeni qurğunun mövcud qurğular arasında ən təhlükəsiz smartfon olacağını iddia edir.
“Smartfonun aparat hissəsinə böyük investisiya yatırılıb. Qurğunun arxa panelinə quraşdırılmış bir sıra kommutatorlar istifadəçiyə akkumulyator, kamera, mikrofon, “Wi-Fi”, “GPS” və “Bluetooth”u söndürməyə imkan verir. Bundan əlavə, smartfon anonim veb-axtarış funksiyasına malikdir”, - deyə Con Makafi bildirib.
www.4pda.ru  saytının məlumatına görə, “John McAfee Privacy Phone” adlı qurğu cari ilin sonunda satışa çıxarılacaq. Onun texniki xarakteristikaları barədə hələ ki, məlumat verilmir. Smartfonun qiyməti 1100 ABŞ dolları təşkil edəcək.


Səsin köməyilə idarə olunan yeni qurğu



Amerikanın “Amazon” şirkəti sahibinin zahiri görünüşünü təhlil edən və hər gün onun üçün geyim seçə bilən yeni qurğu təqdim edib.
www.vladtime.ru  saytının məlumatına görə, səsin köməyilə idarə olunan “Echo Look” şəkillər, hətta qısa videoçarxlar çəkə bilir ki, bu da dəb həvəskarlarına özlərinə bütün rakurslardan baxmağa imkan verəcək.
“Echo Look” maşın təlimi və peşəkar stilistlərin tərtib etdikləri məsləhətlərin köməyilə istifadəçilərin müxtəlif rakurslardan çəkilmiş şəkillərini qiymətləndirə bilir.
Hazırda qiyməti 200 dollar təşkil edən qurğunu yalnız ABŞ ərazisində almaq olar və onun digər bazarlarda yayılması hələ ki, planlaşdırılmır.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴