1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Rəsmi xronika
19.05.2017 / No18

 
 

 

 


* Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində iştirak edib.

* Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mayın 17-də Bakı İdman Sarayında keçirilən taekvando üzrə final qarşılaşmalarına baxıblar. Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim edib.

* Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev mayın 16-da “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 560-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

* Mayın 16-da ölkə başçısı İlham Əliyev “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

* Mayın 16-da dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının və onların struktur elementlərinin ləğv, bəzilərində isə dəyişikliklər edilməsi haqqında fərmanlar imzalayıb.

* Mayın 15-də dövlət başçısı İlham Əliyev “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Birinci vitse -prezident, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 15-də Heydər Əliyev adına İdman Sarayında keçirilən kişi və qadın cüdoçular arasında komanda yarışının final qarşılaşmasına baxıblar. Ölkə başçısı İlham Əliyev kişilər arasında keçirilən yarışmada qalib gələn komandaların üzvlərinə medalları təqdim edib.

* Mayın 13-də dövlət başçısı İlham Əliyev, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, eləcə də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarının final mərhələsinə baxıblar. Ölkə başçısı İlham Əliyev qalib idmançılara medalları təqdim edib.

* Ölkə başçısı İlham Əliyev mayın 13-də Bakı İdman Sarayında keçirilən IV İslam Həmrəyliyi Oyunlarının karate üzrə final qarşılaşmalarına baxıb. Prezident İlham Əliyev qaliblərə medalları təqdim edib.

* Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev oyunları açıq elan edib.

yuxarı ⤴