1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Peşə təhsili müəssisələrinin nüfuzu artır
19.05.2017 / No18

 
 

 

 


Bu müəssisələrə daxil olanların akademik göstəricilərində də yüksəlmə müşahidə olunur

Niyazi RƏHİMOV

“Peşə təhsili sahəsində həyata keçirilən layihələr və tədbirlər peşə təhsili müəssisələrinin nüfuzunun artmasına səbəb olub”. Bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov səsləndirib. Nazir bildirib ki, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, optimallaşması, birləşməsi, onların tədris proqramlarının məzmununun yenilənməsi, peşə standartlarına yenidən baxış, özəl sektorla əməkdaşlığın genişləndirilməsi və digər amillər peşə təhsili müəssisələrinin nüfuzunu artırıb. Bundan başqa, qəbul sahəsində “ASAN xidmət”lə birgə həyata keçirilən “ASAN peşə” layihəsi nəticəsində bu təhsil müəssisələrinə daxil olanların akademik göstəricilərində də kifayət qədər yüksəlmə müşahidə olunur.
Peşə Təhsili üzrə Dövlət Agentliyi haqqında da məlumat verən Mikayıl Cabbarov bildirib ki, agentlik bir il öncə Prezident İlham Əliyevin sərəncamına əsasən yaranıb. Agentliyin qarşısında duran vəzifələr bu gün ölkənin təhsil sistemində həyata keçirilən islahatlara, ölkə iqtisadiyyatının, strukturunun möhkəmlənməsinə, ildən-ilə formalaşmasına xidmət edir. Peşə təhsili sahəsinin iqtisadiyyatın inkişafında xüsusi əhəmiyyət daşıdığını qeyd edən nazir bu sahədə özəl şirkətlərlə əməkdaşlıq, bazara uyğun olaraq ixtisaslı kadrların hazırlanması məsələsinin vacib olduğunu bildirib: “Məqsədimiz ondan ibarətdir ki, peşə təhsili müəssisələrinin yetişdirdiyi kadrlar dəyişən əmək bazarının tələblərinə tam cavab versin. Əmək bazarına çıxan hər bir məzun layiqli iş yeri ilə təmin olunmaq üçün bütün zəruri bilik və kompetensiyalara malik olsun”.
Peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən də söhbət açan nazir onu da qeyd edib ki, son vaxtlar Bakı və Gəncə şəhərlərində bir neçə peşə təhsili müəssisəsi əsaslı təmir olunub, yenidən tikilib. Bundan başqa, Qəbələdə yerləşən peşə təhsili müəssisəsinin bu yaxınlarda açılışı planlaşdırılır.

yuxarı ⤴