1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

“Ali qonaqlar, elmi maraqlar” layihəsinin növbəti qonağı
19.05.2017 / No18

 
 
 

 

 


Mayın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) təşkilatçılığı ilə keçirilən “Ali qonaqlar, elmi maraqlar” layihəsi çərçivəsində növbəti qonaq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev olub.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev qonağı tələbələrə təqdim edərək onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, tələbələrin həyata keçirdikləri bu layihənin universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini və dəstəkləndiyini vurğulayıb.
Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev tələbələri salamlayaraq onlarla görüşməkdən məmnunluğunu ifadə edib. O, TGT və TDK-nın fəaliyyətini yüksək qiymətləndirərək belə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətli olduğunu söyləyib.
“Azərbaycanın inkişaf strategiyasında təhsilin rolu” mövzusunda çıxış edən Fariz Rzayev təhsil strategiyasında nəzərdə tutulan yeniliklər haqqında danışıb. O, tədrisin məktəb və universitet səviyyəsində məhdudlaşdırılmamasının vacibliyini və tələbələrin hər zaman özlərini inkişaf etdirməli olduqlarını qeyd edib. Aparat rəhbəri tələbələrə müasir metodologiyaya əsaslanan ekstra kurikulum fəaliyyəti ilə məşğul olmağı tövsiyə edib. Kitab oxumağın əhəmiyyətindən söz açan Fariz Rzayev tələbələrdə kitab oxuyan zaman bir çox vərdişlərin inkişaf etdiyini vurğulayıb.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

yuxarı ⤴