1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Şagirdlər “SketchUp” proqramında memarlıq incisinin üçölçülü modelini hazırlayıblar
19.05.2017 / No18

 
 

 

 


Bakı Modern Təhsil Kompleksində (BMTK) “SketchUp qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimi Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina Əliyeva açaraq belə müsabiqələrin şagirdlərin texnologiya vərdişlərinə daha dərindən yiyələnmələrinə, onların bu tipli tətbiqi proqramlarla işləmə bacarıqlarının formalaşmasına birbaşa təkan verdiyini söyləyib.
BDU-nun professoru Ramin Mahmudzadə çıxış edərək öncə BMTK rəhbərliyinə, xüsusən, kompleksin nəzdindəki İnnovativ Təhsil Texnologiyaları Mərkəzinin əməkdaşlarına belə bir müsabiqəyə ev sahibliyi etdiyinə və yüksək təşkilatçılığa görə təşəkkür edib. O, eyni zamanda respublika məktəblilərinin 2 saat ərzində sadə olmayan modelləri hazırlamalarının sevindirici olduğunu qeyd edib.
Hər il keçirilən və sayca 5-ci olan bu müsabiqədə respublikanın müxtəlif bölgələrindən 110 şagird iştirak edib. Builki müsabiqə 9 mart 2017-ci il tarixdə Bakı Modern Təhsil Kompleksinin təşkilatçılığı ilə Bakı şəhərində həmin kompleksdə və Gəncə, Şirvan, Lənkəran, İsmayıllı, Balakən, Ağdaş, Sabirabad, Qusar şəhərlərində, eləcə də Ağcabədi rayonu Hindarx qəsəbəsində yaradılmış mərkəzlərdə təşkil olunmuşdu. Yarışlara 7-9-cu sinif şagirdləri qatılıblar.
Münsiflər heyəti tərəfindən müsabiqə üçün Azərbaycanın bir neçə tarixi memarlıq abidəsi təklif edilib. Püşkatma nəticəsində bu obyektlər arasından Azərbaycan Milli Kitabxanası seçilib. Şagirdlər tərəfindən bu memarlıq incisinin 2 saat ərzində üçölçülü modelinin hazırlanması onlardan təkcə “SketchUp” proqramında işləmək bacarığı tələb etmirdi. Belə ki, məktəblilər həm də fəza təsəvvürlərini nümayiş etdirməli, fotoşəkillər əsasında binanın bütün tərəflərdən görünüşlərini yaratmalı idilər.
Qeyd edək ki, “SketchUp” proqramı obyektlərin üçölçülü modellərini yaratmaq üçün nəzərdə tutulan müasir proqramlardandır. Autodesk Maya, 3D Max, AutoCAD kimi mükəmməl və mürəkkəb proqramlarda işləmək üçün “SketchUp” proqramı çox uğurlu başlanğıcdır. Bu proqramda iş vərdişlərinin formalaşdırılması informatikanın riyaziyyat, təsviri incəsənət, texnologiya fənləri ilə inteqrasiyasını təmin edir.
Müsabiqədə işlər üç meyar əsasında qiymətləndirilib: işin tamamlanması, orijinal obyektə uyğunluq və səliqəli yerinə yetirilməsi. Münsiflər heyətinin qərarına görə, iştirakçılardan 2 nəfər I, 3 nəfər II, 4 nəfər III, 10 nəfər IV (həvəsləndirici) yerlərə layiq görülüblər.
Sonda müsabiqə qaliblərinə medal, diplom və hədiyyələr təqdim olunub, bütün iştirakçılara sertifikatlar verilib.
 

yuxarı ⤴