1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Gənc nəslin milli mədəniyyətimizə və adət-ənənələrimizə marağını artıran ortaq layihələr həyata keçiriləcək
19.05.2017 / No18

 
 
 

 

 


Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikasının Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Berık Arınla görüşüb. Rektor qonağa rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib, Qazaxıstan universitetləri ilə əlaqələrdən danışıb.
Görüş böyük qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına mərkəzdə davam edib. Mərkəzin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verən rektor bildirib ki, burada bir çox layihələr həyata keçirilib, birgə konfrans və simpoziumlar təşkil olunub, Qazaxıstan universitetləri ilə müqavilələr imzalanıb. Eyni zamanda qazaxıstanlı rektor və professorlar, jurnalistlər, bir çox tanınmış insanlar mərkəzdə olub, tələbələrə mühazirələr oxuyublar.
Qazaxıstanın Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Berık Arın mərkəzin fəaliyyətindən razılıq ifadə edib, qazax ədəbiyyatı ilə bağlı tədqiqat işlərini yüksək qiymətləndirib.
Görüş zamanı tərəflər gənc nəslin milli mədəniyyətimizə və adət-ənənələrimizə olan marağının artırılması məqsədilə ortaq layihələrin həyata keçirilməsi üzrə ilkin razılıq əldə ediblər.
 

yuxarı ⤴