1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Niderland Krallığının təhsil inspektorları ilə birgə sistemin qurulması müzakirə olunub
19.05.2017 / No18

 
 
 

 

 


Niderland Krallığının Utrext şəhərinə təhsil səfəri təşkil edilib. Səfərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin sektor müdirləri Anar Qədiməliyev və Lamiyə Şərəfxanova iştirak edib.
Səfər BŞTİ-nin İnkişaf layihələri sekt
orunun təşəbbüsü ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində məktəb inspeksiyaları mövzusunda təşkil olunub.
Səfərin əsas məqsədi Niderland Krallığının Təhsil Nazirliyinin tərkibində Təhsil İnspeksiyaları Departamenti ilə əməkdaşlıq, onların bu sahədə təcrübələrini öyrənmək və təhsil müəssisələrinin inspeksiyasında iştirak etməkdən ibarətdir.
Səfərin ilk günü Utrext şəhərində yerləşən Təhsil İnspektorluğu Departamentində görüş keçirilib. Görüşdə Təhsil İnspektorluğunun funksiyası və iş prinsipi haqqında ətraflı məlumat verilib. Növbəti günlərdə təhsil müəssisələrinə inspeksiya təşkil olunub. Məktəblərlə tanışlıq zamanı müəllim, şagird və məktəb direktorları ilə müsahibədə iştirak edilib. Həmçinin, inspeksiyanın yekununda alınan məlumatlar təhlil edilib, müvafiq müzakirələr aparılıb və qərarların çıxarılması mərhələsində iştirak olunub.
Səfər çərçivəsində bir qrup inspektorla da görüş keçirilib və Azərbaycanın təhsil sistemi haqqında məlumat verilib. Görüşdə Niderland Krallığının təhsil inspektorları ilə birgə effektiv sistemin qurulması haqqında müzakirələr aparılıb.
 

yuxarı ⤴