1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
412 nəfər eksternat imtahanı verib
19.05.2017 / No18

 
 
 

 

 


Yusif ƏLİYEV

Bakı Şəhəri üzrə Təhsil İdarəsi əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün 11-13 may tarixlərində eksternat imtahanları keçirib. Paytaxtdakı 45 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanlarda 412 nəfər iştirak edib. Eksternlər 3 gün ərzində ana dili, ədəbiyyat, xarici dil, insan və cəmiyyət, Azərbaycan tarixi, ümumi tarix, iqtisadiyyatın əsasları, riyaziyyat, biologiya, astronomiya, kimya, fizika, coğrafiya fənlərindən imtahan veriblər. Onlara 13 fənnin hər birindən 10 sual təqdim olunub.
Rus bölməsi üzrə təhsil almış şəxslər əlavə olaraq daha bir fəndən - Azərbaycan dilindən də sınaqdan keçiblər. İmtahanlarda məqbul qiymət almış şəxslərin siyahısı mayın 23-dək idarənin rəsmi saytında yerləşdiriləcək.
Qeyd edək ki, eksternat imtahanları tam orta təhsil haqqında sənəd almaq üçün ilkin mərhələdir. Bu mərhələdə uğur qazanan şəxslər attestat almaq üçün Dövlət İmtahan Mərkəzinin tam orta təhsil səviyyəsi üzrə keçirəcəyi buraxılış imtahanlarında da iştirak etməlidirlər.
 

yuxarı ⤴