1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
ADMİU-da “Sonsuz dəhliz” filmi nümayiş olunub
19.05.2017 / No18

 
 
 

 

 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə “Sonsuz dəhliz” filmi nümayiş olunub. Bununla bağlı keçirilən tədbiri universitetin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva açaraq Xocalı faciəsinin yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik olduğunu və bu soyqırımın gənclərin yaddaşına həkk edilərək hər zaman anılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, litvalı rejissor Aleksandras Brokasın Xocalı soyqırımından söz açan “Sonsuz dəhliz” sənədli filmi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində hazırlanıb. Litvalı jurnalist Riçardas Lapaytis 23 il əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını işıqlandırıb, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb və ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də yaxınlarını itirən insanların hekayələrini dinləyib. Filmin süjeti real hadisələr və kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyanın məqsədi Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasından ibarətdir. Kampaniya çərçivəsində Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi istiqamətində, eləcə də soyqırım qurbanlarının xatirəsinin yad edilməsinə həsr edilmiş çoxsaylı beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilir.
“Sonsuz dəhliz” filmi professor-müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb. Tədbirdə “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsi yüksək dəyərləndirilərək bu kimi işlərin reallaşdırılmasının Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlardan biri olduğu vurğulanıb.
 

yuxarı ⤴