1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Universitetin 50 illiyinə həsr olunmuş konfrans
19.05.2017 / No18

 
 
 

 

 


Nərmin CABBAROVA

Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsində bu ali təhsil müəssisəsinin 50 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq 50 illik tarixə malik NDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı işinin yüksək təşkilindən danışıb. Kollektivi yubiley münasibətilə təbrik edən rektor tələbələrə gələcəyin peşəkar memarı və mühəndisi adını qazanmaq üçün ixtisaslarını yaxşı öyrənməyi, universitetdə yaradılan şəraitdən düzgün və səmərəli şəkildə istifadə etməyi tövsiyə edib.
Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov “Naxçıvan Dövlət Universitetində təhsilin formalaşmasında informasiya-kommunikasiya texnologiyalarının rolu” adlı məruzə, nəqliyyat mühəndisliyi kafedrasının laborantı Tərxan Orucov isə “Müasir yol hərəkətinin intellektual idarə olunması” mövzusunda təqdimatla çıxış ediblər.
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Murad Əliyev “Dünyada İKT və Azərbaycan” adlı məruzəsində dünyanın yarandığı gündən müasir dövrümüzə qədərki inkişafı və məruz qaldığı dəyişikliklərdən, insanların İKT-nin imkanları ilə imza atdığı uğur və ixtiralardan, günümüzdə İKT-nin rolu barədə danışıb.
Konfransdan sonra ixtisaslararası viktorina keçirilib. Viktorinanın nəticələrinə görə Elektroenergetika mühəndisliyi komandası I, Yerüstü nəqliyyat vasitələri mühəndisliyi komandası II, İnformasiya texnologiyaları komandası isə III yerə layiq görülüb.
Sonda universitet rəhbərliyinin iştirakı ilə rabitə və informasiya texnologiyaları kafedrasının təşkil etdiyi sərgiyə baxış olub. Burada tələbələr hazırladığı cihaz və qurğular, layihə və eskizlər barədə ətraflı məlumat veriblər.
 

yuxarı ⤴