1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunan I Respublika elmi-praktik konfrans
19.05.2017 / No18

 
 
 

 

 


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görkəmli dövlət və elm xadimi, əməkdar həkim, professor Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunan “Respublikada qida və tekstil sənayesinin inkişaf perspektivləri” mövzusunda I Respublika elmi-praktik konfransı keçirilib.
UNEC-in Elm və innovasiyalar mərkəzinin direktoru, professor Sakit Yaqubov Prezident İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” sərəncamını alimin respublikada səhiyyə sisteminin inkişafı istiqamətindəki fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib. Belə bir mövzuda keçirilən konfransın əhəmiyyətindən danışan S.Yaqubov ölkə Prezidenti İlham Əliyevin qida və tekstil sənayesinin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.
Sonra konfrans işini plenar iclas və bölmələrdə davam etdirib. İclaslarda texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru, texnika elmləri doktoru Tariyel Pənahov, Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Pənah Muradov, Müdafiə Sənayesi Nazirliyi Cihaz İstehsalat Birliyi “Peyk” zavodunun direktoru Səyavuş Əliyev, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Mərkəzinin baş direktoru, professor Rəsul Balayev, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov və başqaları məruzələrlə çıxış ediblər.
Çıxışlar ətrafında müzakirələr keçirilib, təkliflər səsləndirilib. Qida təhlükəsizliyi və toxuculuq sənaye məhsullarının keyfiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin gələcəkdə istehsalatla əlaqəli aparılmasının təkmilləşdirilməsi tövsiyə edilib. UNEC-lə istehsalat arasında elmi praktiki əməkdaşlığın möhkəmlənməsi üçün belə tədbirlərin ənənəvi olaraq hər il keçirilməsi təklif olunub.

yuxarı ⤴