1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Kembricdə çalışan azərbaycanlı alimlə görüş
19.05.2017 / No18

 
 
 

 

 


Almaz HƏSRƏT,
əməkdar müəllim

Böyük Britaniyanın Kembric şəhərində yerləşən Molekulyar Biologiya Laboratoriyası (MBL) Tədqiqat İnstitutunun Hesablama Kristalloqrafiyası qrupunun rəhbəri Qərib Mürşüdov Təhsil İnstitutunun qonağı olub. Görüşdə İnstitutun Elmi Pedaqoji Mərkəzinin rəhbəri Faiq Şahbazlı, institutun direktor müavini Rəfiq Qəndilov, elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri Humeyir Əhmədov, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Almaz Həsrət və beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Aslan Huseynov iştirak ediblər.
Öncə Faiq Şahbazlı Təhsil İnstitutu və onun tarixi, məqsədi və görüləcək işlər barədə geniş məlumat verib. Qərib Mürşüdov dəvətə görə institut rəhbərliyinə xüsusi təşəkkürünü bildirib. Sonra həmyerlimiz hazırda yaşadığı və çalışdığı Böyük Britaniyanın təhsili və qazandığı elmi nəticələri barədə maraqlı məlumatlar verib. Söhbət zamanı elmi qrupun əsas işinin riyaziyyat və hesablama üsullarının bir neçə bioloji eksperimentlərini analiz etmək üçün software inkişafından ibarət olduğunu, nəticələrindən dünyanın struktur biologiya ilə məşğul olan elmi işçiləri tərəfindən müsbət qarşılanaraq daim istifadə etdiklərini xüsusi qeyd etdi. Q.Mürşüdovun elmi işlərinə çox istinadlar olur. Məsələn, google scholar-a görə, onun işlərinə indiyədək 20.000-dən çox istinad olduğunu görə bilərik.
Onun rəhbərlik etdiyi qrup dünyanın müxtəlif ölkələrində elmi kurslar hazırlayır və bir həftəlik elmi kurslar, əsasən, gənc alimlər və doktorantlar üçün nəzərdə tutulur. Bu kurslar Böyük Britaniyada, ABŞ-da, Yaponiyada və Cənubi Amerikada təşkil olunur. Qrupun planına əsasən müvafiq kursların Hindistanda və Çində də həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, qrupun üzvləri elmi işlərin nəticələrinin müzakirəsi üçün hər il bir neçə konfransa gedir. Qərib Mürşüdov özü bu kurslar və konfranslar üçün 25-dən çox ölkədə səfərdə olub. Gələcəkdə bizim institutumuzun da gənc alim və doktorantları üçün bu kursların təşkil olunması təklifi irəli sürülüb. Növbəti görüş zamanı Təhsil İnstitutunda həmin kurslar və məzmunu ilə bağlı geniş auditoriyanı əhatə edəcək seminarın keçirilməsinin planlaşdırılması məsələsindən də danışılıb.
Həmyerlimizlə görüş müzakirə şəraitində davam edib.

yuxarı ⤴