1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





İnternat məktəbində “Beynəlxalq ailə günü”
19.05.2017 / No18

 
 

 

 


Mayın 18-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Beynəlxalq ailə günü” ilə bağlı tədbir keçirilib.
Mərasimdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin könüllü tələbələri uşaqlarla birlikdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş rəsmlər çəkiblər. 10 nömrəli Sanatoriya tipli, 11 nömrəli İnteqrasiya təlimli və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəblərinin şagird kollektivi həyətyanı sahədə tələbələrlə birgə güllər əkiblər.
Tədbirdə, həmçinin hər üç müəssisə üzrə may ayında anadan olmuş şagirdlərin doğum günləri qeyd olunub.
Daha sonra media nümayəndələri 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, məktəb 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Hazırda internat məktəbində 1108 nəfər şagird təlim-tərbiyə alır. Ümumtəhsil siniflərində 796, xüsusi siniflərdə isə 163 nəfər şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 142 nəfər pedaqoji işçi məşğul olur.
2015-2016-cı tədris ilində internat məktəbini bitirən 39 nəfər məzundan 10 nəfəri sağlamlıq imkanları məhdud şagirddir. Ümumtəhsil siniflərindən məzun olan 29 nəfər şagirddən 9-u ali təhsil müəssisələrinə, 1 nəfəri isə kollecə qəbul olunub.
 

yuxarı ⤴