1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






ADNSU-da müasir standartlara əsasən yeni proqramlar qurulacaq
19.05.2017 / No18

 
 
 

 

 


Mayın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Holcim (Azərbaycan)” ASC-nin baş direktoru Rossen Papazovla görüşüb.
İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə gələcək layihələr və qarşıda duran planlardan danışılıb. Universitet haqqında qonaqlara məlumat verən ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Holcim (Azərbaycan)” ASC-də istehsal olunan məhsulların Azərbaycan üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib. “Holcim (Azərbaycan)”la bir çox işlər görmək niyyətində olduqlarını deyən rektor şirkətin təkcə yüksək keyfiyyətli məhsul deyil, eyni zamanda yüksək mədəni xidmət göstərdiyini və Azərbaycan sənayesində xüsusi mövqeyə malik olduğunu söyləyib. Qeyd edilib ki, belə bir şirkətdə təcrübə keçmək universitet tələbələri üçün çox önəmlidir.
Universitetlə şirkət arasında əlaqə yaratmaq və ali təhsil ocağının həm də biznes mühitinə çevrilməsinə nail olmaq üçün bir sıra işlər aparıldığını bildirən rektor, həmçinin daha da irəli getmək və yeni standartlara əsasən yeni proqramlar qurmaq niyyətində olduğunu vurğulayıb.
ADNSU ilə əlaqələrin onlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirən “Holcim (Azərbaycan)”ın baş direktoru Rossen Papazov universitetin məzunlarının şirkətdə yüksək vəzifələrdə çalışdıqlarını və işlərinin öhdəsindən uğurla gəldiklərini qeyd edib. Direktor biznes və universitet əməkdaşlığının çox önəmli olduğunu və bu əlaqələrin hər iki tərəfin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.
Sonda tərəflər arasında əməkdaşlığa dair saziş imzalanıb.

yuxarı ⤴