1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






ATU MDB Beynəlxalq Universitetlər Şəbəkəsinə qoşulub
19.05.2017 / No18

 
 
 

 

 


Azərbaycan Texnologiya Universiteti (ATU) iki beynəlxalq universitetlər şəbəkəsinə qoşulub. Bunlardan biri Qafqaz Universitetlər Birliyidir. Mərkəzi İstanbul şəhərində yerləşən təşkilat 2009-cu ildə Ardahanda Azərbaycan, Türkiyə və Gürcüstanın 7 universitetinin birgə imzaladığı protokol əsasında yaradılıb. Hazırda 10 ölkədən 112 universitetin daxil olduğu birliyin əsas məqsədi Qafqaz regionundakı universitetlər vasitəsilə üzv ölkələrin mədəni və tarixi dəyərlərinin təbliği, iqtisadi problemlərin həlli istiqamətində birgə elmi araşdırmalar aparmaqdır. ATU tərəfindən üzvlük məqsədilə Qafqaz Universitetlər Birliyinə ünvanlanan rəsmi müraciətə artıq cavab verilib. Birliyin sədri, professor Ramazan Korkmazın imzaladığı üzvlük sənədi ATU-ya təqdim olunub.
ATU bununla yanaşı MDB Ölkələrinin Universitetlər Şəbəkəsinə də üzvlüklə bağlı müraciət edib. Müraciət müsbət qiymətləndirilib və ATU-nun rəhbərliyi müzakirə üçün Moskva şəhərinə dəvət olunub. MDB ölkələrindən 19 universitetin qoşulduğu şəbəkənin Azərbaycandan tək üzvü hələ ki, Bakı Slavyan Universitetidir. ATU ölkəmizi qurumda təmsil edəcək ikinci ali təhsil müəssisəsi olacaq.
ATU-nun başqa bir mühüm yeniliyi elmi nəşrlə bağlıdır. Belə ki, universitetin “Elmi xəbərlər” məcmuəsi Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısına salınıb. Jurnal eyni zamanda beynəlxalq elmi nəşrlər sistemində 5 indeksə əlavə edilib.
 

yuxarı ⤴