1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bakı Ali Neft Məktəbi alimlərinin məqaləsi beynəlxalq elmi jurnalda
19.05.2017 / No18

 
 
 

 

 


Bakı Ali Neft Məktəbinin (BANM) prorektoru Oktay Rzayevin və neft-qaz mühəndisliyi kafedrasının müəllimi Rauf Nadirovun həmmüəllif olduqları “Ermənistanın aktiv tektonik zonasında yerləşən Metsamor atom elektrik stansiyası - Qafqazın potensial Fukusimasıdır”adlı məqaləsi “Yer Elmləri və Ətraf Mühitin Mühafizəsi” adlı yüksək reytinqli elmi-resenziyalı jurnalda dərc olunub. (“Journal of Geoscience and Environmental Protection” (2017,cild 5, № 4, s. 46-55)).
Məqalədə Ermənistanın Metsamor atom elektrik stansiyasının (MAES) yerləşdiyi aktiv tektonik zonanın mürəkkəb geoloji quruluşu təsvir olunub. Cənubi Qafqazın bu regionu yüksək vulkanik aktivlik, tektonik gərginlik və yüksək seysmik tektonik blokların toqquşan sərhədləri boyunca aktiv hərəkətliliyi ilə xarakterizə olunur. Bu stansiya, demək olar ki, aktiv tektonik yarığın üzərindədir.
Stansiyada tikinti işlərinə başlananda seysmik risklər olduqca aşağı salınmışdır. Bu, 25 min nəfərdən artıq insanın ölümünə səbəb olmuş Spitak zəlzələsinin dağıntıları faktları ilə təsdiqlənmişdir. Məqalədə MAES yerləşdiyi ərazidə zəlzələlərin intensivliyi, onların fokal mexanizmi və aktiv tektonik yarıqlarda hərəkət risklərini göstərən analizlər əks etdirilmişdir.
Ermənistan, Rusiya və Avropa tədqiqatçılarının MAES ərazisində apardıqları araşdırmalarda seysmik təhlükələr və risklərin öyrənilib və cəmləşdirilməsi əsasında belə nəticəyə gəlmək olur ki, Metsamor AES-ın işini tamamilə dayandırmaq, stansiyanın özünü isə bağlamaq lazımdır.
 

yuxarı ⤴