1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Şəbəkə texnologiyalarının müasir inkişaf tendensiyaları” mövzusunda konfrans
19.05.2017 / No18

 
 
 

 

 


Nuray ƏSGƏROVA

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin və “Naxçıvan” Universitetinin riyaziyyat və informatika kafedrasının birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib. Ali təhsil ocağının tədris korpusunda keçirilən tədbiri giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açıb.
Tədbirdə riyaziyyat və informatika kafedrasının müdiri Məftun Əliyevin “İnternet şəbəkəsinin müasir cəmiyyətdə yaratdığı yeni reallıqlar”, həmin kafedranın müəllimi Şamil Hümbətovun “İnformasiya texnologiyalarının telekommunikasiya şəbəkələrinə konvengensiyası”, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşı Hüseyn Əsgərovun “Peyk rabitəsinin imkanları” və “Naxçıvan” Universitetinin riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbəsi Turqanə Nuriyevanın “İnternetin günümüzdə fayda və ziyanları” mövzularında çıxışları dinlənilib. Bildirilib ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, İKT dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır və iqtisadi sahədə böyük uğurlara imza atırlar.
Çıxışlarda o da vurğulanıb ki, İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin tərəqqisi üçün geniş imkanlar yaradır. Olkəmizdə də informasiya cəmiyyətinin qurulması və kompüterləşmə sahəsində uğurlu addımlar atılıb. Məhz bu səbəbdən də son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqində dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

yuxarı ⤴