1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Şagirdlərdə ilkin tədqiqatçılıq vərdişləri
19.05.2017 / No18

 
 

 

 


Gülnarə QULİYEVA,
Bakı şəhəri, T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi

Ümumtəhsil məktəblərinin İKT ilə təmin olunduğu və texniki vasitələrdən istifadə müəllimin peşəkarlığının əsas göstəricilərindən biri hesab edildiyi bir zamanda müəllim bu bacarıqlara xüsusi əhəmiyyət verməlidir.
Yeni fənn kurikulumları İKT-dən istifadəyə geniş imkanlar yaradır. Ana dili, riyaziyyat, həyat bilgisi, texnologiya, musiqi, hətta fiziki tərbiyə dərslərində də İKT-dən istifadə etmək mümkündür.
Təcrübə göstərir ki, kurikulumlarda əksini tapan nəticələrə İKT-dən istifadə etməklə daha asanlıqla nail olmaq mümkündür. Belə təlim İKT-dən istifadə imkanlarını genişləndirir, şagirdlərin nailiyyət səviyyəsi yüksəlir. Bu da təhsilin inkişafına ciddi şəkildə təsir edir.
Fikrimi IV sinifdə sınaqdan keçirdiyim kiçik bir təcrübə ilə əsaslandırmaq istəyirəm.
Həyat bilgisi dərsində şagirdlərə belə bir sualla müraciət etdim:
- Uşaqlar, sizi hansı mövzular daha çox maraqlandırır?
Şagirdlər müxtəlif mövzular söylədilər: “Çörək”, “Vətən”, “Təbiət”, “Dağlar”, “Xəzər”, “Şəhərlər”, “Azərbaycan”, “Vətənpərvərlik”, “Bakı” və s. Mövzular müzakirə olunduqdan sonra şagirdlər “Azərbaycan” mövzusunun üzərində dayandılar. Şagirdləri 3 qrupa bölərək qruplara aşağıdakı kimi tapşırıqlar verdim:
I qrup
Azərbaycanın tarixi haqqında məlumat toplayın.
II qrup
Azərbaycanın təbii sərvətləri haqqında məlumat toplayın.
III qrup
Azərbaycanın iqlimi haqqında məlumat toplayın.
Uşaqlara verilən suallar ətrafında işləyərkən ilk növbədə İKT-dən istifadə bacarıqlarını nümayiş etdirdilər. Onlar nəinki zəruri materialları seçib, toplayır, həm də onun əhəmiyyətini əsaslandırır və onları ardıcıllıqla düzürdülər. İşin belə təşkili həm şagirdləri fəallaşdırır, həm də onların idrakını, təfəkkürünü daha da inkişaf etdirir.
Belə tapşırıqlar eyni zamanda şagirdləri müstəqil axtarışlar aparmağa sövq edir, onlarda ilkin tədqiqatçılıq vərdişləri formalaşdırır.
Seçilmiş mövzu həm də şagirdlərə ölkəmiz haqqında daha çox məlumat əldə etməyə, onun tarixi, təbiəti, yeraltı və yerüstü sərvətləri ilə daha dərindən tanış olmasına imkan yaradır. Bu, həm də onlarda vətənpərvərlik hissini gücləndirir, şagirdlər ölkəmizi daha yaxından tanımağa başlayırlar. Yaşadığı ölkəni, vətəni tanımaq isə vətənpərvərlik hissinin əsasını təşkil edir. Ona görə də dərslərimdə bu istiqamətdə işə xüsusi diqqət yetirirəm.
 

yuxarı ⤴