1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Xarici mətbuatdan
19.05.2017 / No18

 
 
 

 

 


Karyerada ali təhsilin rolu şişirdilib

Tanınmış investor ali təhsil haqqında

Oruc MUSTAFAYEV

Müasir dövrün ən uğurlu investorlarından hesab olunan Uorren Baffet bəyan edib ki, karyerada ali təhsilin rolu güclü surətdə şişirdilib. U.Baffet ali təhsil diplomunun yerini belə bilmədiyini deyir, onun 3 uşağı da karyerada uğur qazanmış insanlardır və onlar da ali təhsil almayıblar. Tələbələrlə görüşündə U.Baffet onlara tövsiyələrini çatdırıb: “Ala biləcəyiniz ən yaxşı təhsil özünüzə qoyduğunuz investisiyalardır. Ancaq söhbət kollec və ya universitetdən getmir. Mənim iki diplomum var, amma onlar mənim evimin divarından asılmayıb, əslində, mən hətta bilmirəm, onlar harada yerləşir. Mən bu barədə açıq çıxış etməkdən qorxurdum və lakin anladım ki, bu barədə nəsə demək məcburiyyətindəyəm. Mənim bir diplomum var, hansı ki, onu hamıya göstərirəm. Bu, Deyl Karneqinin mühazirələrində iştirak etdiyimə görə aldığım diplomdur və o, mənə cəmi 100 dollara başa gəlib. Beləliklə, mən düşünmürəm ki, kollec hamıya lazımlıdır. Onun verdiyi tək üstünlük, döş nişanıdır. Əslində mənim 3 uşağımdan heç biri kollec qurtarmayıb. Analitik Con Mellor layihə üçün tələbələr qrupunu tədqiq edib. Onlardan bir hissəsini çimərliyə göndəriblər, digər qismi isə universitetdə məşğələlərdə olub. Onların nəticələri təxminən eyni olub. Ona görə də əsas məsələ sizin qabiliyyətlərinizin ardıcıl yaxşılaşmasından ibarətdir. Siz həmişə özünüzdən soruşmalısınız: “Bu mənim üçün hansısa bir dəyərə malikdirmi?” Şəxsən mən, valideynlərimin gözləntilərini doğrultmaq üçün universitetdə oxuyurdum”.
Uğurun açarı emosional stabillikdir. Varlanmaq üçün yüksək İQ lazım deyil. Öz istedadınızı inkişaf etdirin və zəif tərəfləriniz üzərində işləyin.


Ukraynanın tibb diplomları tanınmır

Ölkənin Təhsil və Elm Nazirliyi narahatdır

Suriya, Livan, İraq və Fələstin müvəqqəti və ya daimi olaraq Ukraynanın tibb diplomlarını tanımaqdan imtina edib. Ukraynanın Təhsil və Elm Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu barədə nazir Liliya Qrineviç bildirib. Nazirliyin rəsmi mon.gov.ua saytının məlumatına əsasən, Liliya Qrineviç bildirib: “Bu gün bəzi ölkələr bizim tibb diplomlarımızın tanınmasını qismən və ya tamamilə dayandırıb. Bu, xüsusən Suriya, Livan, İraq, Fələstin və başqa ölkələrdir. Bu ölkələrdən bizim tibb universitetlərinə ənənəvi olaraq çox sayda tələbə oxumağa gəlir”. Nazir qeyd edib ki, belə bir qərarın səbəbini adıçəkilən ölkələr tibb ali məktəblərinə qəbul ballarının kifayət qədər aşağı olması və internaturanın yoxluğudur. “Biz bu problemi aradan qaldırmaq üçün hansı dəyişiklikləri həyata keçirməyimizi müəyyən etməli və tibb ali məktəblərində təqdim olunan təhsil xidmətlərinin səviyyəsini yaxşılaşdırmalıyıq”,-deyən nazir əlavə edib ki, Ukraynada tibb təhsili xarici tələbələr üçün təhsil xidmətləri bazarında yüksək reytinqə malikdir. Ukraynada təhsil alan 64 min əcnəbi tələbənin 40 faizi məhz tibb ixtisasları üzrə təhsil alır. Qeyd edək ki, Ukraynanın tibb universitetlərində təhsil haqları Avropa ölkələri ilə müqayisədə çox aşağıdır. Məsələn, A.Boqomolts adına Milli Tibb Universitetində əcnəbi tələbələr üçün təhsil haqqı illik 3-4 min ABŞ dolları təşkil edir.


“Ali məktəblər innovasiyaların yaradılması məkanı kimi”

Rusiya təhsilində yeni layihə

Bu ildən başlayaraq Rusiya ali məktəblərində inkişaf etmiş biznes-inkubator, texnoparklar və mühəndislik sahələri olan onlarca innovasiya, texnologiya və sosial inkişaf üzrə universitet mərkəzləri yaradılacaq. Plana əsasən, 2017-ci ildə 40, 2018-ci ildə daha 15 mərkəz yaradılmalıdır. 2025-ci ildə onların sayı 100 olmalıdır. “Ali məktəblər innovasiyaların yaradılması məkanı kimi” prioritet layihə çərçivəsində ölkənin ali məktəbləri qarşısında məhz bu vəzifələr qoyulub. Layihə hökumət tərəfindən təsdiq edilib. Tələbə mərkəzləri müəssisələrdən sifarişlər alacaq və onları, eləcə də sosial layihələri yerinə yetirəcək.
Layihənin reallaşmasında Rusiya Elmlər Akademiyasının alimləri də iştirak edəcək, onlar ümumtəhsil şəbəkə proqramları hazırlayacaqlar. Akademiyanın institutları da bu proqramların hazırlanmasına cəlb ediləcəklər. Universitetlərdə büdcə yerləri qalacaq, ancaq magistratura texnologiya sahibkarlığına hədəflənməlidir. Ən azı 400 yeni proqram hazırlanmalıdır. Belə bir plan da var ki, 2 ildən sonra ölkənin aparıcı universitetləri elmi dərəcələr təsis etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, hazırda belə bir hüquq yalnız M.V.Lomonosov adına Moskva Dövlət və Sankt-Peterburq Dövlət universitetlərinə verilib. Belə bir vəziyyətin aradan qaldırılması nəzərdə tutulub. Yaxın illər ərzində özlərinin dissertasiya şuraları olan universitetlərin sayının 30-40-a çatdırılması gözlənilir.


Dərslər saat 9-da başlayacaq

Belarus Prezidenti növbəti təşəbbüslə çıxış edib

Belarus prezidenti Aleksandr Lukaşenko növbəti tədris ilindən ümumtəhsil müəssisələrində birinci dərsin başlanması vaxtının dəyişdirilməsini tövsiyə edib. O hesab edir ki, uşaqların sağlamlığı və onların dərs materiallarını necə mənimsəməsi barədə düşünmək lazımdır. Bu səbəbdən ümumtəhsil məktəblərində iş qrafikini təkrar gözdən keçirmək və dərslərə səhər saat 9-dan tez olmayaraq başlamaq lazımdır. “Buna görə bizə vəziyyəti dəyişdirmək lazımdır, xüsusilə də kənd yerlərində. Hətta avtobusla uşaqları 5 -7 kilometr məsafədə yerləşən məktəbə aparırlar. Onlara səhər saat 6-da oyanmaq lazımdır. Bu, məgər normaldır? Saat 6-da yaşlı insan belə yuxudan oyana bilmir. Buna görə də bizdə təhsil üzrə ciddi irəliləyişlər olmalıdır “, - deyə prezident bildirib. Ölkə başçısının təşəbbüsü Belarus cəmiyyətində birmənalı reaksiya doğurmayıb. Valideynlərin bir çoxu, xüsusən də işləyənlər bu təşəbbüsü dəstəkləmir. Onlar uşaqların saat 9-a qədər məktəbə çatdırılmasını problem hesab edirlər. Prezident isə qeyd edir ki, ilk növbədə, uşaqların sağlamlığı barədə düşünmək lazımdır.

Xarici mətbuat materialları əsasında

yuxarı ⤴