1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Əcnəbi tələbələr Azərbaycan dilində şeir söyləyiblər
19.05.2017 / No18

 
 
 

 

 


Abşeron rayonu Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə xarici tələbələrin iştirakı ilə ingilis dilində tədbir keçirilib. Tədbirdə Bakı Mühəndislik Universitetinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin ingilis dilində bacarıqlarını nümayiş etdirmək, onlarda xarici dillərə qarşı maraq yaratmaqdır.
Öncə məktəbin direktoru Roza Məmmədova qonaqları salamlayaraq, şagirdlərin dünyagörüşlərinin artmasında, dərslərə maraqla yanaşmalarında bu cür tədbirlərin böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Təhsil şöbəsinin ingilis dili fənni üzrə metodisti Yaydagül Rəhimova məktəb rəhbərliyinin xarici dillərin tədrisinə göstərdiyi diqqətin təqdirəlayiq olduğunu söyləyərək, tədbir təşkilatçılarına təşəkkürünü bildirib.
Sonra tədbir bədii hissə ilə davam edib. Şagirdlər ingilis dilində hazırladıqları səhnəcikləri nümayiş edib, şeirlər söyləyib və mahnı oxuyublar.
Sonda Azərbaycanda təhsil alan xarici tələbələr Azərbaycan dilində şeirlər söyləyib və şagirdlərlə birlikdə milli rəqslər ediblər.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴