1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Ədəbi-bədii qiraət müsabiqəsi keçirilib
19.05.2017 / No18

 
 
 

 

 


Ağstafa şəhər 1 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ədəbi-bədii qiraət müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə marağının artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi və mütaliə, nitq mədəniyyətinin formalaşdırılmasından ibarətdir.
Dövlət himninin sədaları altında başlanan qiraət müsabiqəsini məktəbin əməkdar müəllimi İndira Səmədova açıq elan edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışıb.
Qiraət müsabiqəsində müxtəlif yaş qruplarından olan 40 şagird ulu öndər haqqında şeir söyləyib.
Müsabiqədə müvəffəqiyyət qazanmış şagirdlərə I, II, III dərəcəli diplomlar, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim olunub.
Sonda ümummilli lider Heydər Əliyev haqqında videoçarx göstərilib.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin
ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
 

yuxarı ⤴