1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“İslam Həmrəyliyi İli” çərçivəsində “dəyirmi masa”
19.05.2017 / No18

 
 
 

 

 


Şabran rayonu Ş.Nuriyev adına Zeyvə kənd tam orta məktəbində “İslam Həmrəyliyi İli” çərçivəsində rayon təhsil şöbəsi tərəfindən hazırlanan tədbirlər planına müvafiq olaraq “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da rayon təhsil və polis şöbələrinin əməkdaşları, məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Təhsil şöbəsinin metodisti Ağaşirin Bağırzadə milli-mənəvi dəyərlərimizin ölkə həyatında əvəzsiz rolundan danışıb. O, əsrlər boyu xalqımızın formalaşmasında, inkişafında böyük təsiri olan milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini, həmçinin dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Eldar Ömərov dini radikalizm və ekstremizmə qarşı mübarizə metodları ilə bağlı məruzə edib. O, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının regional və beynəlxalq müstəvidə sabitliyin qorunmasındakı əhəmiyyətindən, gənclərin etnik və dini sabitliyin qorunmasında mühüm rol oynamasından danışıb və gənclərə radikal dini cərəyanların təsirinə düşməmək üçün müvafiq tövsiyələr verib.
Tədbirdə müəllimlərin mövzu ilə əlaqədar məruzələri dinlənilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Gülər HÜSEYNOVA,
Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴