1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Məktəblərdə psixoloji xidmət gücləndirilir
19.05.2017 / No18

 
 
 

 

 


İmişlidə ümumtəhsil məktəblərinin təşkilatçı müavinləri və psixoloqlarının iştirakı ilə məktəblərdə tərbiyə işinin səmərəli təşkili və psixoloji xidmətin gücləndirilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd sosial şəbəkələr vasitəsilə təbilğ edilən oyunların zərərli mahiyyəti haqqında pedaqoji kollektivlərin, şagird və valideynlərin məlumatlandırılması və məktəblərdə psixoloji xidmətin gücləndirilməsi üçün zəruri təşkilati-pedaqoji işlərin görülməsi olub.
Rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov təhsilin və tərbiyənin inkişafı üçün hər kəsin öz vəzifə funksiyalarını məsuliyyətlə yerinə yetirməsinin vacibliyini və bugünkü tədbirin tərbiyəvi əhəmiyyətini qeyd edib.
Təhsil şöbəsinin müdir müavini Vahid Tağıyev sosial şəbəkələrdə uşaq və gənclərin mənəviyyatına, sağlamlığına, psixologiyasına ciddi mənfi təsir göstərən oyunların, eləcə də reklamın zərərli təsirindən danışıb. Özünəqəsd, qəddarlıq və zorakılıq kimi qeyri-humanist hərəkətləri təbliğ edən halların yeniyetmələrin psixoloji durumunu gərginləşdirməsi, sağlam həyat tərzi ilə bir araya sığmayan hərəkətlərə yol açmasına aydınlıq gətirib. Bu sahədə pedaqoji kollektivlərin, şagird və valideynlərin məlumatlandırılması, məktəbdə psixoloji xidmətin gücləndirilməsi üçün zəruri məsələlərin həyata keçirilməsi, məktəb-valideyn əməkdaşlığının möhkəmləndirilməsinin zəruriliyindən və bu işdə fəaliyyətin genişləndirilməsindən söz açıb.
Tədbir diskussiya şəklində başa çatıb.

Vilayət ƏLİYEV,
İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
 

yuxarı ⤴