1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 23.06.2017

// 23.06.2017




 

 
“Səni tərənnüm edirəm, Azərbaycan!”
19.05.2017 / No18

 
 
 

 

 


Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə “Səni tərənnüm edirəm, Azərbaycan!” mövzusunda ədəbi-musiqili tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin nümayəndələri, valideynlər, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Dövlət himninin ifası ilə başlayıb.
Təhsil şöbəsinin metodisti Əmirhüseyn Əsgərov çıxış edərək 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi dövlət olduğunu vurğulayıb. Qeyd edilib ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini qoruyub saxlaya bilməyib. Nəhayət, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilib.
Sonra şagirdlərin ifasında Vətəni tərənnüm edən mahnılar, şeirlər səslənib və kiçik səhnəciklər göstərilib.

Xalid NƏCİYEV,
Sabirabad Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴