1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Əcnəbi tələbələrin ən çox təhsil aldığı dünya universitetləri
19.05.2017 / No18

 
 

 

 


Oruc MUSTAFAYEV

Böyük Britaniyanın Times Higher Education (THE) dərgisi əcnəbi tələbələrin sayına görə dünyanın ən yaxşı 200 universitetinin reytinq cədvəlini açıqlayıb. Bu sıralama THE-nin hər il tərtib etdiyi universitetlərin dünya reytinqinin tərkib hissəsidir. Reytinqin ilk 5 sırasında yer almış üç ali məktəbin əsası 30 il əvvəl qoyulub. Bu isə deməyə əsas verir ki, gənc universitetlər xarici tələbələr üçün daha böyük maraq kəsb edir. Tələbələr dünya ali təhsil məkanına inteqrasiya etmək və innovativ yeniliklərlə daha yaxından tanış olmaq üçün xaricdə təhsil almağa üstünlük verirlər. Sıralamada Rusiyanın üç universiteti - Moskva Xalqlar Dostluğu (53-cü), M.V.Lomonosov adına Moskva Dövlət (191-ci) və Tomsk Politexnik universitetləri (194-cü) yer alıblar. Londonda yerləşən 16 universitet top-200-lüyə daxil olub ki, bu da onu reytinqdə ən çox təmsil olunmuş şəhərlərdən biri edib. Həqiqətən Böyük Britaniya toplam olaraq top-200-lükdə 72 ali məktəblə təmsil olunub. Müqayisə üçün deyək ki, 200 ali məktəb sırasına ABŞ-dan 27, Avstraliyadan isə 22 universitet daxil olub. Daha ətraflı www.timeshighereducation.com/student/best-universities/international-student-table-2017-top-200-universities səhifəsindən tanış olmaq olar.

Əcnəbi tələbələrin ən çox təhsil aldığı dünya universitetləri

yuxarı ⤴