1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Nümunəvi dərslərin “Açıq qapı günü”
19.05.2017 / No18

 
 

 

 


Niyazi RƏHİMOV

Mayın 12-də Bərdə şəhər Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbdə nümunəvi dərslərin “Açıq qapı günü” keçirilib. Bərdə Rayon Təhsil Şöbəsi (RTŞ) Metodkabinetinin və şəhər 5 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən nümunəvi dərslərdə RTŞ-ın müdiri Rzaqulu Şərifov, metodkabinet müdiri Xuraman Qurbanova, metodistlər, məktəb direktorları, rayonun qabaqcıl və gənc müəllimləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Öncə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra fənn kurikulumlarının tətbiqi ilə bağlı şəhər 5 nömrəli tam orta məktəbin müəllimləri Minayə Nəbbaqi, Cəmilə Ağayeva, Rahilə Nuriyeva, Ülviyyə Muradova, Fəridə Qurbanova, Pərvanə Mehdiyeva, Təhminə Əliyeva, Nəzakət Qarayeva, Reyhan Qafarova, Elnarə Əliyeva, Məfkurə Allahverdiyeva, Şahirə Həsənova və Nurlana Abbasovanın nümunəvi dərsləri dinlənilib. Dərslər dinlənildikdən sonra məktəbin akt zalında praktik seminar öz işini davam etdirib.
Seminarı giriş sözü ilə açan Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov bildirib ki, artıq 9 ildir respublikamızın ümumtəhsil məktəblərində fənn kurikulumları tətbiq edilir, təhsilin məzmunu yenilənir. Bu proses 5 nömrəli orta məktəbdə də uğurla həyata keçirilir. Tədris ocağında metodiki işin təşkili günün tələblərinə uyğun qurulur və bu işdə məktəbin direktoru Teymur Həmidovun xüsusi rolu var. R.Şərifov onu da qeyd edib ki, məktəbdə görülən işlərin məntiqi nəticəsidir ki, tədris ocağının uğurları ilbəil artmaqdadır. Məktəbin şagirdləri rayon məktəbliləri arasında keçirilən inşa, rəsm, şeir və başqa müsabiqələrdə iştirak edir və uğurlar qazanırlar. Sevindirici haldır ki, 5 nömrəli məktəbin 2 nəfər şagirdi bu il Respublika Fənn Olimpiadasında biologiya fənnindən 2 medal qazanıb. Onlardan IX sinif şagirdi Təhmin Muradov qızıl, Fəhmin Cavadzadə isə gümüş medalla təltif olunublar.
Seminarda dərslərin müzakirəsi aparılıb. Mütəxəssislər nümunəvi dərslərin müasir tələblərə cavab verdiyini, məktəbdə metodiki işin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

yuxarı ⤴