1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Gənclər vətənpərvər ruhda yetişir
19.05.2017 / No18

 
 
 

 

 


Şakir CƏFƏROV

Gənc nəslin tərbiyəsi sahəsində məktəbin qarşısında duran vəzifələrdən biri də hərbi-vətənpərvərlik tərbiyəsidir. Hərbi-vətənpərvərlik yönündə tərbiyə işləri ümumilikdə təlim-tərbiyə prosesinin ayrılmaz hissəsidir. Şagirdləri Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən qarşısında xidmətləri ilə yaxından tanış etmək, onları vətənpərvər ruhda yetişdirmək üçün Bakıdakı humanitar fənlər təmayüllü məktəb-liseydə geniş iş aparılır.
Liseyin direktoru Nəzakət Əsgərova bildirir ki, tədris ocağında şagirdlərə vətən sevgisi aşılanaraq, onların gələcəkdə Azərbaycana layiqli bir vətəndaş kimi yetişməsində pedaqoji kollektiv səylə çalışır. Hər il olduğu kimi, bu il də Xətai rayonunda məktəblilər arasında keçirilən “Şahinlər” hərbi-idman oyununda liseyin şagirdləri doğma məktəblərini layiqincə təmsil edərək müəllimlərinin, xüsusən də liseyin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Fərhad Quliyevin etimadını doğruldublar.
Xətai Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsi ilə birgə keçirdiyi “Şahinlər” hərbi-idman oyununda liseyin komandası Xətai rayonu üzrə 2-ci yerə çıxıb. Belə bir uğurun qazanılmasında şagirdlərdən Sahib Qasımlı, Ülviyyə İbadullayeva, Nurcahan Ağabalayeva, Ruslan Məmmədov və Zəhra Baxşəliyeva daha çox fəallıq göstəriblər. Komanda üzvlərinə diplomlar təqdim olunub.
 

yuxarı ⤴