1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi 2016-2017-ci tədris ili üçün aşağıdakı vakant vəzifələrə müsabiqə elan edir
21.05.2016/№19

 


1. Xarici dillər kafedrası:
Dosent -1 yer
Baş müəllim (ingilis dili) - 6 yer
Baş müəllim (hərbi tərcümə işi) - 1 yer
Müəllim (ingilis dili) - 11 yer
Müəllim (rus dili) - 6 yer
Müəllim (fars dili) - 2 yer
Müəllim (gürcü dili) - 2 yer
Müəllim (erməni dili) - 3 yer

2. Fundamental və təbiət fənləri kafedrası:
Ali riyaziyyat silsiləsi
Professor - 1 yer
Dosent - 2 yer
Baş müəllim - 2 yer
Müəllim - 3 yer

Fizika silsiləsi
Professor - 1 yer
Dosent - 2 yer
Baş müəllim - 2 yer
Müəllim - 1 yer

Kimya silsiləsi
Baş müəllim - 1 yer

3. Texniki fənlər kafedrası:
Ümumi texniki fənlər silsiləsi
Professor - 1 yer
Dosent - 2 yer
Müəllim - 3 yer

Tətbiqi mexanika silsiləsi
Dosent - 1 yer
Müəllim - 5 yer

4. İnformatika kafedrası:
İnformasiya sistemlərinin proqram təminatı üzrə:
Silsilə rəisi-dosent - 1 yer
Dosent - 1 yer
Baş müəllim - 1 yer
Müəllim - 1 yer

İnformasiya sistemlərinin texniki təminatı üzrə:
Professor - 1 yer
Baş müəllim - 1 yer
Müəllim - 1 yer

İnformatika üzrə:
Müəllim - 2 yer

5. Hərbi Dəniz Qüvvələri fakültəsinin Gəmiçilik və radiotexniki sistemlər kafedrası:
Dəniz naviqasiyası silsiləsi
Dosent (şturman) - 1 yer

Gəmilərin radiotexniki vasitələri silsiləsi
Professor (radiotexnika ixtisası üzrə) - 1 yer
Dosent (radiotexnika ixtisası üzrə) - 1 yer

6. Hərbi Dəniz Qüvvələri fakültəsinin Gəmi enerji sistemlər kafedrası:
Gəmi enerji qurğuları silsiləsi
Professor (mühəndis-mexanik ixtisası üzrə) - 1 yer

7. Hava Hücumundan Müdafiə fakültəsinin HHM silahları və radiotexniki mühəndisliyi kafedrası:
Radiotexnika mühəndislik silsiləsi
Dosent (elektrik dövrələrinin nəzəri əsasları) - 1 yer
Baş müəllim (elektronikanın əsasları) - 1 yer
Müəllim (siqnallar və sistemlər) - 1 yer

MÜSABİQƏDƏ:

a) Professor vəzifəsini tutmaq üçün müsabiqədə professorlar və elmlər doktorları iştirak edə bilərlər.
b) Dosent vəzifəsini tutmaq üçün müsabiqədə professorlar, dosentlər, elmlər doktorları və elmlər namizədləri (fəlsəfə doktorları) iştirak edə bilərlər.
c) Baş müəllim vəzifəsinə elan olunmuş müsabiqədə bir qayda olaraq ən azı 3 illik elmi-pedaqoji stajı olan elmlər namizədləri (fəlsəfə doktorları) və ya ən azı 5 illik elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
d) Müəllim vəzifəsinə müsabiqədə elmi-pedaqoji və ixtisası üzrə ən azı 1 il iş stajı olan elmlər namizədləri (fəlsəfə doktorları), eləcə də ən azı 3 il elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs məktəb rəisinin adına ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməldir:
1. Kadrların şəxsi qeydiyyat vərəqəsi;
2. Ali təhsil, elmi ad və elmi dərəcə haqqında sənədlərin surəti (notarial qaydada təsdiq olunmuş);
3. Tərcümeyi-hal;
4. Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq olunmuş siyahısı (müdafiəyə qədər və sonra).

Elan dərc olunduqdan sonra sənədlər 1 ay ərzində məktəb rəisinin ünvanına göndərilməlidir.

Tədris Azərbaycan dilindədir.

Ünvan: Bakı-18, Naximov küçəsi,
Heydər Əliyev adına AAHM.
İndeks: AZ 1018.
Tel.: (012) 479-78-70.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi

yuxarı ⤴