1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Futzal üzrə Respublika birinciliyinin yarımfinal oyunları keçirilib
21.05.2016/№19


Mayın 20-də Bakı İdman Sarayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyinin yarımfinal oyunları keçirilib. Yarımfinalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin komandaları qarşılaşıb. Yarışları izləyənlər arasında ATFF İB-nin prezidenti, AFFA-nın icraiyyə komitəsinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov da olub. Yarışın nəticələrinə görə finalda Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri birinci yer uğrunda mübarizə aparacaqlar. Üçüncü və dördüncü yerlər uğrunda mübarizədə isə Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları qarşılaşacaqlar.
Qeyd edək ki, Respublika birinciliyində 40 komanda iştirak edib. Çempionatda bu il ilk dəfə olaraq orta ixtisas təhsili müəssisələrinin tələbələri də iştirak ediblər. Ən başlıcası olaraq yarışa qatılan tələbələr ATFF İB tərəfindən idman dəstləri ilə təmin olunub.
Futzal üzrə Respublika birinciliyinin final oyununun iyunun 6-da keçirilməsi nəzərdə tutulub. Federasiyanın atff.az saytı istifadəyə verilib.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴