1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Yarışda qalib gəlmək üçün çoxlu oxuyurdum”
26.05.2017 / No19

 
 

 

 


İnteraktiv “Bilik yarışı” şagirdlərarası test çalışmasında rəqabəti artırır

Niyazi RƏHİMOV

Bakının 283 və 83 nömrəli məktəblərində www.e-test.edu.az portalının “Bilik yarışı”nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Tofiq Sadıqov deyib: “Təhsil Nazirliyinin rəsmi portalı tərəfindən keçirilən bilik yarışı şagirdlərin istedadının, intellektual səviyyəsinin, nitq, təqdimat qabiliyyətinin və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilib”. Bilik yarışının qaydaları haqqında da ətraflı məlumat verən T.Sadıqov deyib ki, portal vasitəsilə elektron qeydiyyatdan keçən şagirdlər 8 fənn üzrə 30 000-dən artıq test çalışmasını həll edərək bilik yarışının iştirakçısı olurlar: “Çalışmaları həll etdikcə hər bir şagird müvafiq ballar qazanır. Toplanan ballar artdıqca şagirdlərə virtual simvolik həvəsləndirici medallar verilir. Cavabların düz və ya səhv olması barədə məlumat isə interaktiv şəkildə dərhal ekranda görünür”. Yarışın nəticələri haqqında da danışan T.Sadıqov onu da qeyd edib ki, iştirakçılardan 35 məktəbli bilik yarışında yüksək bal toplayaraq qalib adını qazanıb. Qaliblərin seçimi zamanı yüksək bal toplayanlar arasında elektron dərsliklərdən daha çox istifadə edən şagirdlərə üstünlük verilib. Sevindirici haldır ki, qaliblər sırasında Bakı ilə yanaşı Şəki, Zərdab, Şabran, Quba, Ağdam və Zaqatala məktəbliləri də var.
“Bilik yarışı”nın qalibi 283 nömrəli tam orta məktəbin X sinif şagirdi İbrahim Məmmədsadıqov da öz fikirlərini bizimlə bölüşüb: “Belə bir yarışın keçiriləcəyini eşidəndə özümü sınamaq qərarına gəldim. Bilik yarışı uzun müddət davam etməsinə baxmayaraq, həvəslə bu yarışda iştirak etdim və nəticədə zəhmətimin bəhrəsini gördüm”. Müsabiqə zamanı coğrafiya fənnindən bir çox biliklər əldə etdiyini və bu yarışın onun üçün çox əhəmiyyət daşıdığını deyən İbrahim qalib olduğu üçün qürur hissi keçirdiyini də bildirib.
Digər qalib 83 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Ayxan Eminzadə isə yarışın çox yüksək səviyyədə təşkil olunduğunu deyib: “Yarış çox əyləncəli və həyəcanlı keçirdi. Yarışda qalib gəlmək üçün çoxlu oxuyurdum. Dərslikdən başqa digər kitablardan da məlumat toplayırdım”. Qalib olduğu üçün müəllimlərinə xüsusi təşəkkürünü bildirən Ayxan yarışda qazandığı hədiyyənin onun üçün önəmli olduğunu diqqətə çatdırıb.
 

yuxarı ⤴