1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
UNEC-də növbəti beynəlxalq konfrans
26.05.2017 / No19

 
 

 

 


Klassik universitet anlayışı əvəzlənir

Rəşad ZİYADOV

Mayın 19-da UNEC-də ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platforması olan “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı” keçirilib.
“İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, “Bilik, İqtisadiyyat və Menecment” jurnalıdır.
Tədbiri giriş sözü ilə açan UNEC-in rektoru, professor Ədalət Muradov nüfuzlu konfransa Azərbaycan Dövlət İqtisad Universiteti olaraq ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu bildirib. O, həyatın bütün sahələrində biliyin ön plana çıxdığını vurğulayaraq, müasir dövrdə əksər dövlətlərin cəmiyyətlərini “bilik cəmiyyəti” konsepsiyasının, iqtisadiyyatlarını isə “bilik iqtisadiyyatı” konsepsiyasının tələbləri istiqamətində qurmağa çalışdıqlarını diqqətə çatdırıb. Rektor bildirib ki, universitetlər təkcə iqtisadçı kadr hazırlayan qurumlar deyil, eyni zamanda yeni bilikləri meydana çıxaran fundamental araşdırmaların aparıldığı və cəmiyyətin, xüsusilə də sənaye sektorunun inkişafına xidmət edən texnologiyaların, innovasiyaların həllinin formalaşdırıldığı təhsil-tədqiqat-innovasiya mərkəzləridir. Məhz buna görədir ki, artıq klassik universitet anlayışı ədəbiyyatlarda sahibkar universitet, multiversitet anlayışları ilə əvəz olunmağa başlayıb. Müasir dövrdə universitetlər bilik iqtisadiyyatının formalaşmasında mühüm rol oynamaqla, iqtisadi inkişaf üzərində ciddi pozitiv təsirlər yaradır. Onlar bu funksiyanı əsasən ixtisaslı mütəxəssislərin hazırlanması, yeni biliklərin yaradılması, tətbiqi və ötürülməsi yolu ilə reallaşdırır.
İstanbul Sabahattin Zaim Universitetinin professoru, konfransın baş koordinatoru İbrahim Güran Yumuşak 2002-ci ildən keçirilən Bilik, İqtisadiyyat və Menecment Konfransının türk dünyasının aparıcı universitetləri arasında səmərəli və dayanıqlı elmi əməkdaşlıq və araşdırma platforması olduğunu bildirib. Türkiyənin və digər ölkələrin nüfuzlu universitetlərində təşkil edilən konfransın bu dəfə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-də keçirilməsinin ənənənin davamı olduğunu diqqətə çatdırıb.
Türkiyə Katılım Bankları Birliyinin baş katibi Osman Akyüz “İslam iqtisadiyyatı, islam bankçılığı”, AMEA-nın müxbir üzvü, akademik Qorxmaz İmanov “Milli, sosial və insan kapitalının qiymətləndirilməsi modelləri”, UNEC-in professoru Əlican Babayev “Sənaye cəmiyyəti konsepsiyasının təkamülü kontekstində iqtisadi nəzəriyyə və siyasi iqtisad”, İstanbul Universitetinin professoru Veysəl Bozkurt “Kapitalizmin dəyişən mədəniyyəti” mövzularında məruzə ediblər.
Sonra “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı”nın təşkilatçılarına göstərdikləri dəstəyə görə sertifikatlar təqdim olunub. Azərbaycanla yanaşı, Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan və digər ölkələrin elm adamlarının qatıldığı konfrans öz işini bölmələrdə davam etdirib.
 

yuxarı ⤴