1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






ADNSU ilə Çin universitetləri arasında əməkdaşlıq genişlənir
26.05.2017 / No19

 
 
 

 

 


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı mayın 21-23-də Çin Xalq Respublikasında “Yol və qurşaq təşəbbüsü” adı altında universitet rəhbərlərinin II Beynəlxalq Forumunda iştirak edib. M.Babanlı Şanxay Universitetində keçirilən forumda məruzə ilə çıxış edib. Ali məktəblərdə innovativ istedadların inkişafına həsr olunmuş bu yığıncaqda Rusiya, Çin, İran, Belarus, Misir, Çexiya, Pakistan, Türkiyə, Qazaxıstan, Özbəkistan və başqa ölkələrin aparıcı universitet rəhbərləri təmsil olunub. Səfər çərçivəsində ADNSU-nun rektoru Şanxayda fəaliyyət göstərən bir neçə ali məktəblə tanış olub, əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Qeyd edək ki, 1922-ci ildə əsası qoyulan Şanxay Universiteti Çinin ən nüfuzlu ali məktəblərindən biri hesab olunur. Universitetə hər il 2000 əcnəbi vətəndaş qəbul olunur, ali məktəbin 11 fakültəsində 37800 tələbə təhsil alır. Ali məktəbin nəzdində 72 elmi-tədqiqat institutu və Yüksək Texnologiyalar Mərkəzi fəaliyyət göstərir.
24-26 may tarixlərində ADNSU-nun nümayəndə heyəti Çin Xalq Respublikasının Qansu əyalətində yerləşən Lançjou Universitetinə səfər edib. 1909-cu ildə təsis olunan bu ali məktəbin 30000-dən artıq tələbəsi var. Çinin 1500 universiteti arasında ilk 30-luqda yer alan Lançjou Universitetinin prezidenti Wang Chengdir. Rektor M.Babanlının Lançjou Universitetinin prezidenti ilə görüşündə Lançjou şəhərində ADNSU-nun filialının açılması məsələsi də müzakirə olunub.
 

yuxarı ⤴