1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






SDU-nun 3 tələbəsi beynəlxalq konfransda mükafatlandırılıb
26.05.2017 / No19

 
 
 

 

 


Mayın 24-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş III Tələbə elmi konfransı keçirilib.
Konfransı universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açaraq tələbələrin elmi yaradıcılıq və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə, gənclərin elmi potensialının üzə çıxarılmasına xidmət edən belə konfransların əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına göstərdiyi qayğıdan bəhs edib. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Gənclərin yüksək səviyyədə formalaşdırılması cəmiyyətimizin intellektual potensialının gücləndirilməsində xüsusi rol oynayır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu elm və təhsil ənənələri hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prorektor tələbələrin elmi potensialının üzə çıxarılması, onların ilkin tədqiqat işləri ilə məşğul olmaları, elmə olan marağının artırılması istiqamətində Tələbə Elmi Cəmiyyətinin önəmli rolunu qeyd edib. Diqqətə çatdırıb ki, TEC-in üzvləri respublika və beynəlxalq səviyyəli konfranslarda fəal iştirak edir, sertifikatlarla təltif olunurlar. Belə ki, aprelin 2-dən 9-dək TEC-in elmi rəhbəri, dosent İslam Paşayevin rəhbərliyi ilə üç tələbə Pskov Dövlət Universitetində keçirilən Beynəlxalq gənclər elmi-praktik konfransda iştirak edərək xüsusi mükafata və sertifikata layiq görülüb. Professor Ramazan Məmmədov TEC-in fəaliyyətini müsbət qiymətləndirərək tələbələrin əksəriyyətinin elmi fəaliyyətə TEC-in xətti ilə qədəm qoyduğunu diqqətə çatdırıb, onlara elmi-tədqiqat işlərində uğurlar arzulayıb.
Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri dosent İslam Paşayev TEC-in əsas fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görülən işlər barədə ətraflı məlumat verib.
Sonra tələbələrin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, fakültələrin bölmə iclaslarında elmi işindəki aktuallığı, yeniliyi və mövzunun məzmununu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən məruzəçi tələbələr universitetin rəhbərliyi tərəfindən diploma layiq görülüblər. Konfransın materialları toplu şəklində çap olunaraq paylanılıb.
Tədbirdə həmçinin Pskov Dövlət Universitetinin təbiət elmləri, psixologiya və tibbi təhsil fakültəsinin dekanı, professor Vladimir Prokofyev həmin universitetdə keçirilən Beynəlxalq konfransda iştirak edən üç tələbəyə sertifikat təqdim edib, bu cür konfransların tələbələri elmi fəaliyyətə cəlb etdiyini və stimullaşdırıcı amilə çevrildiyini vurğulayıb.
 

yuxarı ⤴