1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri”
26.05.2017 / No19

 
 
 

 

 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri”nə həsr edilmiş XII beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim, əməkdaş və tələbə heyəti ilə yanaşı Türkiyə, Özbəkistandan gələn tədqiqatçılar da iştirak edib.
Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva çıxış edərək rəhbərlik etdiyi universitetdə davamlı olaraq keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda beynəlxalq konfransa marağın artdığını söyləyib.
Sonra konfrans öz işini “Türksoylu xalqların ənənəvi musiqi mədəniyyətində janrlararası əlaqələr”, “Bəstəkar yaradıcılığı və ifaçılıq məsələləri”, “Türksoylu xalqların bədii mədəniyyəti: ənənə və müasirlik” adlı bölmələrdə davam etdirib. Bölmələrdə “Nizami Gəncəvinin əsərlərində musiqi və rəqs ifaçıları”, “Türk dünyasının opera sənətində “Koroğlu” dastanının yeri”, “Özbək mədəniyyəti kontekstində kreativ sənaye”, “Ornamentallığın bəzi aspektləri”, “Amerika və Azərbaycanda müzikl janrının inkişaf tarixində paralellər” və s. mövzularda məruzələr dinlənilib.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Kahramanmaraş Sütçü İmam Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 

yuxarı ⤴