1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Rus dili və ədəbiyyatının tədrisinin aktual problemləri müzakirə olunub
26.05.2017 / No19

 
 
 

 

 


Şakir CƏFƏROV

BSU-da Bakı Slavyan Universiteti və Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda rus dili və ədəbiyyatının öyrənilməsi və tədrisinin aktual problemləri: orta və ali məktəblər üçün dərslik komplekslərinin hazırlanması təcrübəsi, problemləri və perspektivləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Öncə qonaqlar universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan BSU-nun prorektoru, professor Telman Cəfərov qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra konfransa rus dili və ədəbiyyatının öyrənilməsi və ən aktual problemləri ilə bağlı 88 materialın daxil olduğu qeyd edilib.
Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva Rusiya-Azərbaycan münasibətlərinə dair geniş məruzə ilə çıxış edib. N.Əliyeva Rusiya Federasiyası və Azərbaycan Respublikası arasındakı qonşuluq münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayıb. Rektor ölkə başçısı İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini, Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini qeyd edib, rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində hər cür şəraitin yaradıldığını bildirib.
Plenar iclasda Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimlər Assosiasiyasının prezidenti, Rusiya Təhsil Akademiyasının prezidenti, akademik L.A.Verbitskaya elmi məruzə ilə çıxış edib. O, Bakı Slavyan Universiteti ilə dərin əlaqələrinin olduğunu, lakin budəfəki gəlişində burada bir sıra dəyişikliklərin şahidi olduğuna diqqət çəkib. Konfransın əhəmiyyətini xüsusi vurğulayan L.A.Verbitskaya bu tədbirdən sonra rus dilini öyrənənlərin sayının artacağına inandığını vurğulayıb.
A.S. Puşkin adına Moskva Dövlət Rus Dili İnstitutunun professoru, “Rus dili xaricdə” jurnalının redaktoru İ.A.Orexova öz çıxışında adıçəkilən nüfuzlu jurnalın qapısının azərbaycanlı alimlərin üzünə açıq və əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı M.Zabelin Azərbaycanda 345 məktəbdə rus dilinin öyrənildiyini qeyd edib. O, əlavə edib ki, burada rus dili ilə bağlı heç bir problem yaşanmır.
BSU-nun tədris işləri üzrə prorektoru, layihənin koordinatoru professor T.Cəfərov konfransın bölmələrdəki işi barədə məlumat verib, iştirakçıları orta və ali məktəblər üçün “Rus dili” və “Literatura” dərsliklərinin müzakirəsinə dəvət edib.
Ertəsi gün konfrans bölmə iclaslarında öz işini davam etdirməklə yekunlaşıb.

yuxarı ⤴