1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Azərbaycan dilçiliyi müasir dövrdə”
26.05.2017 / No19

 
 
 

 

 


Nuray ƏSGƏROVA

Bu mövzuda “Naxçıvan” Universitetində konfrans keçirilib. Konfransı giriş sözü ilə ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açıb.
Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri dosent Qənirə Əsgərovanın, Arifə Zeynalovanın, Nicat Yaqubovun çıxışları dinlənilib. Bildirilib ki, ümummilli liderimizin yüksək diqqət və qayğısı ilə Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyətə malik olub. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Dahi şəxsiyyətin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılıb. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla ölkəmizdə latın qrafikalı əlifbanın tətbiqi ilə bağlı mühüm işlər həyata keçirilib. Latın qrafikasına keçid türk xalqlarının yazı, orfoqrafiya baxımından yaxınlaşması üçün zəmin yaradıb. Qeyd olunub ki, doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamları ölkəmizdə bu işlərin davamlı və ardıcıl həyata keçirilməsinin təsdiqidir. Dövlət başçısının 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bu sahədə görüləcək vacib işlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə şərait yaradıb. Eyni zamanda sərəncamda Azərbaycan dili və dilçiliyi ilə yanaşı, həm də tərcümə fəaliyyətinin, terminologiyanın inkişafı, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri də öz əksini tapıb, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuraların yaradılması qərara alınıb.
Tədbir iştirakçılarının diqqətinə o da çatdırılıb ki, muxtar respublikada da dövlət dil siyasəti uğurla həyata keçirilir. Azərbaycanda latın qrafikasına keçiddən sonra muxtar respublikanın kitabxanalarına 2 milyondan artıq kitab verilib, Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılıb.

 

yuxarı ⤴