1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Layihə çərçivəsində iməcilik aksiyası
26.05.2017 / No19

 
 

 

 


291 nömrəli “Ekologiya” liseyinin həyətyanı ərazisində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin elmi araşdırmalar mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin ictimai fəallığının artırılması və ekoloji aksiyaların təşkili” layihəsi çərçivəsində iməcilik keçirilib.
İməcilikdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, 291 nömrəli “Ekologiya” liseyinin direktoru Kəmalə Mirzoyeva, "Gənclərin elmi araşdırmalar mərkəzi" İctimai Birliyinin nümayəndəsi, təlimçi Cahandar Məmmədov, liseyin müəllim və şagirdləri iştirak ediblər.
Liseyin direktoru Kəmalə Mirzoyeva yeniyetmə və gənclərin iştirakı ilə həyata keçirilən aksiyanı müsbət qiymətləndirərək vaxtaşırı belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə birliyin nümayəndəsi, təlimçi Cahandar Məmmədov iştirakçılara layihə barədə geniş məlumat verərək bildirib ki, əsas məqsəd ətraf mühitin mühafizəsində yeniyetmə və gənclərin rolunun artırılmasıdır. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Ölkə başçısı İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırıb. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisidir.
Sonra layihə çərçivəsində təşkil edilən aksiya iştirakçılarına üzərində donorun və təşkilatın loqosu əks olunan köynəklər, təmizlik və abadlaşdırma işləri üçün zəruri ləvazimatlar paylanılıb. İməcilik aksiyasına qoşulan yeniyetmələrin iştirakı ilə ərazidə təmizlik işləri aparılıb, liseyin həyətyanı ərazisində əkilmiş ağaclara qulluq göstərilib, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.
Qeyd edək ki, 3 ay müddətində icra edilən layihə çərçivəsində Bakının Nərimanov rayonunda yerləşən 3 orta ümumtəhsil müəssisəsində seminarlar və maarifləndirmə işləri aparılıb.


 

yuxarı ⤴