1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Təfəkküryönümlü kurikulumların tətbiqi məsələlərinə həsr olunan “dəyirmi masa”
26.05.2017 / No19

 
 
 

 

 


Mayın 19-da Şərur rayon Tənənəm kənd tam orta məktəbində “Təfəkküryönümlü kurikulumlar zamanın tələbidir” mövzusunda “dəyirmi masa” keçirilib. Naxçıvan Müəllimlər İnstitutu və adıçəkilən məktəbin birgə keçirdiyi tədbiri Şərur Rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənov açaraq təhsil islahatlarının həyata keçirilməsi ilə bağlı institutla birlikdə rayonda müxtəlif mövzularda elmi-praktik konfransların təşkil edildiyini diqqətə çatdırıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Oruc Həsənli “Dərs prosesinin təfəkküryönümlü kurikulumların tələbinə uyğun həyata keçirilməsi günün tələbidir” mövzusunda məruzə edib. Bildirilib ki, təhsil sahəsində kurikulum islahatının həyata keçirildiyi bir dövrdə müəllimlərin qarşısında duran əsas vəzifə demokratik prinsiplərə uyğun milli-mənəvi və ümumbəşəri dəyərlərə malik, geniş dünyagörüşlü, təşəbbüskar və yenilikləri qiymətləndirməyi bacaran şəxsiyyət formalaşdırmaqdır. Cəmiyyətin və dövlətin inkişafını təmin edən sistemləşdirilmiş bilik, bacarıq və dəyərlərin mənimsənilməsi şagirdlərimizi gələcək həyata və səmərəli fəaliyyətə hazırlamağa xidmət edir.
Sonra Tənənəm kənd tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini Mustafa Eyvazov “Kurikulum islahatı şagirdlərin yaradıcılıq potensialının inkişafına imkan yaradır”, məktəbin informatika müəllimi Ramil Cəfərov “Dərs prosesində İKT-dən, internetdən istifadə yolları və əhəmiyyəti” mövzularında çıxış ediblər.
“Dəyirmi masa”da müxtəlif ixtisas müəllimlərinin sualları cavablandırılıb və mövzu ilə bağlı fikirləri dinlənilib.


 

yuxarı ⤴