1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Tələbələr sağlam həyat tərzini təbliğ edirlər
26.05.2017 / No19

 
 
 

 

 


Mayın 20-də Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin təsis etdiyi “Sağlam Həyat Assosiasiyası”nın təşkilatçılığı ilə “Sağlamlığa kompleks yanaşmanın tibbi əsasları” adlı elmi-praktik konfrans keçirilib.
300 nəfərin iştirakı ilə keçirilən konfransda Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, kardiocərrah Kamran Musayevin “Kardiovaskulyar təbabətdə deontoloji problemlərə aktual yanaşma”, ATU-nun dermatovenerologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elşad Novruzovun “Gənclik sızanaqları - akne vulqaris”, ATU-nun həkim-diyetoloqu Leyla Zülfüqarlının “Obezite. Piylənməyə səbəb olan milli xüsusiyyətlərimiz”, ATU-nun uroloq-cərrahı Vasif İsmayılın “Qocalan orqanizmdə uroloji əhəmiyyət kəsb edən dəyişikliklər”, Modern Hospitalın baş həkimi bariatrik-cərrah Taryel Ömərovun “Piylənmənin cərrahi müalicəsi”, neyrocərrah, Milana Hospitalın həkimi Əliosman Qədimbəylinin “Disk yırtıqlarında müasir cərrahi taktikalara baxış” mövzularında məruzələri dinlənilib. Aktual mövzuları əhatə edən məruzələr iştirakçılar və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
ATU-nun tələbələri Rauf Vəliyev, Məhəmməd Məmmədov və Vüqar Xəlilli tərəfindən təsis edilən “Sağlam Həyat Assosiasiyası”nın məqsədi cəmiyyətə düzgün həyat tərzini aşılamaq, gənclərin fiziki və əqli cəhətdən sağlam formalaşması, sağlam qidalanmanın təbliği ilə bağlı maarifləndirmə işini təşkil etməkdir.

 

yuxarı ⤴