1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
İlin ən güclü ictimai nitq spikerləri seçilib
26.05.2017 / No19

 
 

 

 


Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan İctimai Nitq Çempionatı” layihəsinin final, bağlanış və mükafatlandırma mərasimi keçirilib. Ən güclü 14 natiqin mübarizə apardığı tədbirdə ingilis dilində çıxış edən spikerləri təcrübəli münsiflər heyəti qiymətləndirib.
Layihənin rəhbəri, ADNSU-nun tələbəsi Kənan Məmmədov bu yarışın ardıcıl olaraq artıq 4-cü dəfə təşkil edildiyini bildirib. Layihənin məqsədi iştirakçıların təqdimat bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsidir. Bura müraciət edən iştirakçılar ardıcıl olaraq layihə mərhələlərindən keçərək bu sahədə nəzəri və praktiki biliklərə yiyələnirlər.
Layihə çərçivəsində ilk olaraq iştirakçılara professional natiqlik təlimləri keçirilib. Daha sonra gənclərin seçdikləri mövzulara hazırlaşmaq məqsədilə mentorinq hissə baş tutub. İştirakçılar arasında seçim mərhələsindən yalnız 14 nəfər finala vəsiqə qazana bilib. Seçilən finalçılar üçün master klas təşkil olunub və onların finala tam hazırlığı təmin edilib.
Final tədbirində münsiflər heyəti qismində “Youth İnc.” Sahibkarlıq Proqramının Direktoru Ələkbər Mustafayev, “EBSCO” şirkətinin nümayəndəsi Seymur Rəsulov, “BP” şirkətinin təmsilçisi Rəşad Bayramov və “PASHA Bank”-ın əməkdaşı Ceyhun Atayev iştirak ediblər.
Münsiflər heyətinin qiymətləndirməsinə görə, Bakı Mühəndislik Universitetinin III kurs tələbəsi Rübay Səmədzadə “Law of attraction” mövzusu ilə çempionatın qalibi olub. Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayşən Əliyeva II, ADNSU-nun magistrantı Cavid Əbdurəhim isə III yerlərə layiq görülüb.
Qeyd edək ki, layihə “Muğan Bank”, “AAA” İctimai Birliyi, “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Youth İnc.” Proqramı, “EduHUB” şirkətinin dəstəyi ilə “eproject” group tərəfindən həyata keçirilir.

 

yuxarı ⤴