1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Bilik Fondu rusiyalı politoloqun təşkil etdiyi “Xocalı petisiyası”nın təqdimatını keçirib
26.05.2017 / No19

 
 

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Rusiyanın tanınmış tarixçisi, siyasi xadim Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlandığı petisiyanın Azərbaycan Texnologiya Universitetində təqdimatı keçirilib.
Təqdimat mərasimində Bilik Fondunun əməkdaşları, ATU-nun professor-müəllim heyətinin üzvləri və tələbələr iştirak edib.
Tədbirdə ATU-nun professor-müəllim heyətinin üzvləri erməni terrorizminin, xalqımıza qarşı törədilən cinayətlərin dolğun və həqiqətlərə uyğun şəkildə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi haqqında danışıb.
Sonra çıxış edən O.Kuznetsov uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyərək, Xocalı soyqırımının Rusiya Dumasında tanınması üçün ATU-nun bütün kollektivini https//www.cvhange.org saytında yaradılmış petisiyaya qoşulmağa çağırıb. Bilik Fonunun əməkdaşları petisiyada səs verməyin qaydasını izah ediblər. Qeyd olunub ki, səsvermədə iştirak etmək üçün https//www.cvhange.org saytına daxil olaraq axtarış yerinə “Oлег Kузнецов” yazmaq lazımdır. Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması ilə bağlı petisiyaya daxil olduqdan sonra ad, soyad, email ünvan, ölkə, şəhər və şərh yerini dolduraraq, imzalamaq düyməsinə basmaq vacibdir. Səs verdikdən sonra nəticənin şəklini çəkib, XOCALİ-PETİSİYA@mail.ru ünvanına göndərmək lazımdır. Petisiyanın qəbulu üçün ümumilikdə 200.000 səsin toplanması tələb olunur.
Tədbirin sonunda ATU-nun müəllim və tələbə kollektivinin nümayəndələri çıxış edərək erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına görə O.Kuznetsova minnətdarlıq edib, bu aksiyaya hamılıqla qoşulacaqlarına söz veriblər.


 

yuxarı ⤴