1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
ATU-dan bu il 543 məzun olacaq
26.05.2017 / No19

 
 
 

 

 


Azərbaycan Texnologiya Universitetində (ATU) növbəti məzun günü keçirilib. Sayca 41-ci olan builki buraxılışda universiteti 543 məzun bitirəcək. Onlardan 503 nəfər bakalavr, 40 nəfəri isə magistr dərəcəsi alıb. Tədbirdə məzunların sevincini universitetin rəhbərliyi, professor-müəllim heyəti və valideynlər bölüşüb.
ATU-nun rektoru, professor Akif Süleymanov məzunlara uğurlar arzulayıb. Rektor bildirib ki, ATU məzunlarının qazandıqları mühəndislik ixtisasları bu gün ölkə iqtisadiyyatı üçün ən vacib sahələri əhatə edir. Buna görə də hər bir məzun bu günə kimi yiyələndiyi biliklərdən səmərəli istifadə edərək həm bir mütəxəssis, həm də əsl vətənpərvər kimi universiteti layiqincə təmsil etməlidir.
Digər çıxış edənlər də məzunlara təbriklərini çatdırıb, gələcək karyeralarında uğurlar arzu ediblər.
Tədbirin davamında təhsil aldığı illər ərzində fərqlənən fəal tələbələrə ATU adından “Təşəkkürnamə” təqdim edilib. Xüsusi mərasimlə gətirilən Azərbaycan bayrağının ənənəvi təhvil-təslimi baş tutub. 4-cü kurs tələbəsi Günel Səfərova bayrağı üçüncü kurs tələbəsi Ayşəxanım Abdullayevaya təhvil verib. Tədbir mahnı və rəqslərlə davam edib.


 

yuxarı ⤴