1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Bilik yarışının qalibi mükafatlandırılıb
26.05.2017 / No19

 
 

 

 


Şakir CƏFƏROV

Bakıdakı 19 nömrəli tam orta məktəbdə mükafatlandırma mərasimi keçirilib. Qeyd olunub ki, məktəbin 7”ç” sinif şagirdi Məhərrəmli Anar Vüqar oğlu www.e-test.edu.az portalı vasitəsilə keçirilən bilik yarışının qalibi olub. O, 2015-2016-cı illərdə portaldan istifadə edərək suallara cavab vermiş və ən yüksək bal toplayıb.
Elə bu günlərdə Təhsil Nazirliyi tərəfindən bilik yarışında qazandığı uğura görə Anara sertifikat, simvolik I yer medalı və planşet təqdim edilib. Mükafatlandırma mərasimində müsabiqənin təşkilatçıları, məktəbin direktoru Akif Əliyev, qalibin ibtidai sinif müəllimi Sevda Həsənova və başqaları Anar Məhərrəmlinin məktəbdə nümunəvi bir şagird olmasından söz açıb, ona bundan sonra daha yüksək nailiyyətlər arzulayıblar.
Sonda müsabiqə qalibi tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.

 

yuxarı ⤴