1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Rəsmi xronika
26.05.2017 / No19

 
 

 

 


* Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

* Prezident İlham Əliyev mayın 25-də “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 1838 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

* Mayın 24-də ölkə başçısı İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

* Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə iştirak ediblər. Dövlət başçısı İlham Əliyev görüşdə nitq söyləyib.

* Ölkə başçısı İlham Əliyev mayın 23-də İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

* Mayın 23-də Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimində iştirak edib.

* Mayın 22-də Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Ölkə başçısı İlham Əliyev mayın 22-də İbrahim Said oğlu Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Mayın 22-də dövlət başçısı İlham Əliyev Firəngiz Əliağa qızı Əlizadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev mayın 22-də Fatma Hüseyn qızı Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

* Mayın 21-də dövlət başçısı İlham Əliyev Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.

* Dövlət başçısı İlham Əliyev mayın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının yenidən sədri seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20-21 may tarixlərində Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.

* Mayın 20-də Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə Prezident vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

 

yuxarı ⤴