1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Zona yarışları sona çatıb
28.05.2016/№20

 


16-25 may tarixlərində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində respublika ümumtəhsil məktəb komandalarının şahmat idman növü üzrə zona yarışları keçirilib. Zona yarışında Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad, Salyan və Neftçala rayonlarının məktəb komandaları mübarizə aparıblar. Lənkəran şəhəri yarışda 2 komanda ilə - Lənkəran şəhər 4 və 10 nömrəli məktəblərin komandaları ilə təmsil olunub.
Yarışın açılış mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” RİM-in direktoru N.Lahıcov, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Könül Manafova, 15 saylı ƏMHM-nin rəisi Seyran Novruzov, VII zona üzrə keçiriləcək yarışların baş hakimi İdrak Dadaşov və başqaları çıxış edərək bildiriblər ki, yarışın keçirilməsində məqsəd 1-14 sentyabr 2016-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının məktəblilər arasında təbliği, valideynlərin məktəb həyatında fəal iştirakının təmin edilməsi və müəllim, şagird və valideynlər arasında şahmat idman növünü yaymaqdır.
Hər bir komandanın tərkibi 4 nəfər olmaqla VIII sinifdə və ya aşağı siniflərdə oxuyan 1 oğlan və 1 qız,1 müəllim və 1 valideyndən ibarət olub. Turnir Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qaydalarına uyğun olaraq komandalar arasında dairəvi sistem üzrə keçirilib.
9 turdan ibarət olan yarışda Lənkəran şəhər 4 nömrəli HTML-in komandası I, Lerik rayon Çayrud kənd tam orta məktəbinin komandası II, Neftçala rayon 1 nömrəli tam orta məktəb komandası III yeri tutublar. Bundan əlavə, taxtalar üzrə də qaliblər müəyyən olunub.
Qaliblərə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin diplomu verilib. I və II yeri tutmuş komandalar 30 may 2016-cı il tarixdə Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

İdrak DADAŞOV,
Lənkəran şəhər Şahmat Məktəbinin direktoru, əməkdar məşqçi

yuxarı ⤴