1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Mini-futbol turniri başa çatdı
28.05.2016/№20

 


Bakı şəhərində yerləşən Füzuli rayonu məktəblərinin 28 May - Respublika Gününə həsr edilmiş futbol turniri keçirilib. 56 nömrəli tam orta məktəbin təşəbbüsü ilə keçirilən turnirdə 8 komanda iştirak edib. 1, 2, 4, 5, 46, 48, 53 və 56 nömrəli tam orta məktəbləri təmsil edən futbolçular 3 gün ərzində birincilik uğrunda öz qüvvələrini sınayıblar. Gərgin və maraqlı keçən oyunda 56 nömrəli tam orta məktəbin futbol komandası 1-ci yerə çıxıb. Təsis olunmuş kubok komandanın kapitanı Əhliyyət Cəfərova təqdim edilib. 48 nömrəli tam orta məktəbin komandası 2-ci və 2 nömrəli tam orta məktəbin komandası isə 3-cü yerə çıxıblar.
56 nömrəli tam orta məktəbin futbol komandasını bu mötəbər oyuna məktəbin fiziki tərbiyə müəllimi Rüfət Vəliyev hazırlamışdır.
Turnirin keçirilməsində göstərdiyi dəstəyə görə Bakı şəhər 47 nömrəli tam orta məktəbin rəhbərliyi, şəxsən məktəbin direktoru Aytən Bağırovanın xidmətlərini qeyd etmək istəyirik.
Mini-futbol turnirinin açılışı və bağlanışı müddətində Füzuli Rayon İcra Hakimiyyətinin müavini Kəmalə Əhmədova keçirilən turnirə xüsusi dəyər vermiş və oyunda iştirak edən bütün komandalara və məktəblilərə xoş arzularını bildirərək qalib komandaya “Lələtəpə” adının verilməsini təklif etmiş, bu təşəbbüs bütün məktəblilərin ürəyincə olmuş və alqışlarla qarşılanmışdır.
Turnirin bağlanışında oyunun keçirilməsinin təşəbbüskarı olan 56 nömrəli tam orta məktəbin direktoru Ehtiram Səfərov çıxış edərək mini-futbol turnirinin uğurla başa çatmasında Bakıda yerləşən Füzuli rayon köçkün məktəblilərinə göstərdiyi xüsusi diqqətə görə Füzuli Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

Nərgiz FAMİLZADƏ,
Füzuli rayonu 56 nömrəli tam orta məktəbin direktor müavini
 

yuxarı ⤴