1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Məktəblinin dostu” Cocuq Mərcanlıda
02.06.2017 / No20

 
 
 

 

 


Füzuli rayonunun Horadiz şəhərində 28 May - Respublika gününün 99-cu illiyinə həsr olunmuş “Yaşa Azərbaycan” adlı festival baş tutub.
Festival çərçivəsində iştirakçılar Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıya növbəti dəfə səfər ediblər.
Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi, Füzuli Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, “Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi, “ASAN Könüllüləri” təşkilatı, ASAN Radionun birgə təşkilatçılığı ilə baş tutan səfərdə iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.
İştirakçılar ilkin olaraq ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərlə görüşüb, onlara göstərdikləri şücaətə görə təşəkkür bildiriblər. Həmçinin “Əsgərə Məktub!” layihəsi vasitəsilə vətəndaşların, eləcə də “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblilərin yazdıqları dəstək məktubları əsgərlərə təqdim olunub.
Bundan başqa, “Yaşıl ASAN” təşəbbüsü “Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi ilə birgə “Qarabağa Doğru” ekoloji layihə çərçivəsində məktəblilərə təlim və ağacəkmə aksiyası keçirilib. Əsas mövzusu “Ekoloji marifləndirmə” olan bu görüş cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsi ilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədi daşıyıb.
 

yuxarı ⤴