1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Rəsmi xronika
02.06.2017 / No20

 
 

 

 


* İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimində iştirak edib. Dövlət başçısı İlham Əliyev platforma ilə tanış olub, layihənin işçi heyəti ilə görüşüb və görüşdə çıxış edib.

* Dövlət başçısı İlham Əliyev iyunun 1-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

* Prezident İlham Əliyev mayın 31-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının “Qubadlı” və “Cəbrayıl” adlı yeni təchizat gəmilərinin istismara verilməsi mərasimində iştirak edib.

* Mayın 31-də ölkə başçısı İlham Əliyev Bakıda keçirilən yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminarın və Azərbaycanın sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclasında iştirak edən yüksək səviyyəli rəsmi qonaqları qəbul edib.

* Dövlət başçısı İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 31-də Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak ediblər. Dövlət başçısı İlham Əliyev tədbirdə nitq söyləyib.

* Prezident İlham Əliyev mayın 31-də Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.

* Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət naziri Tamir bin Sübhan Əs-Sübhanı qəbul edib.

* Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 30-da paytaxtın Yasamal rayonunda keçmiş “Sovetski” adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında iştirak edib, digər küçələrdə aparılan işlərin gedişi ilə tanış olublar.

* Mayın 30-da ölkə başçısı İlham Əliyev “Statoil” şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Dövlət başçısı İlham Əliyev mayın 27-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə Əl-Minya vilayətində avtobusun avtomat silahlardan atəşə tutulması nəticəsində əksəriyyəti uşaqlardan ibarət olan sərnişinlərin həlak olması ilə əlaqədar başsağlığı verib.

* Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib. Həmin gün ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak ediblər. Dövlət başçısı İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.

yuxarı ⤴