1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Dörd universitetin akkreditasiyası təsdiqlənib
02.06.2017 / No20

 
 
 

 

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 aprel 2011-ci il tarixli 656 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında 2015-2016-cı tədris ilində Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Lənkəran Dövlət Universitetinin, Bakı Biznes Universitetinin akkreditasiyaları keçirilib. Akkreditasiyaların nəticələri ilə bağlı Akkreditasiya komissiyalarının yekun arayışları Təhsil Nazirliyinin Akkreditasiya Şurasında müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. BDU, ADNSU, LDU və BBU-nun akkreditasiyaları barədə Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 18 may 2017-ci il tarixli 01 nömrəli qərarını nəzərə alaraq təhsil naziri 26 may 2017-ci il tarixində 4 universitetin hər birinin akkreditasiyası barədə əmr imzalayıb. Həmin əmrlərlə adıkeçən universitetlərin akkreditasiyası təsdiq olunub, onlara müvafiq keyfiyyət sənədi-sertifikat verilib. Universitetlərin həyata keçirdikləri təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) 2016-2021-ci illər üçün akkreditə olunmuş hesab edilib, hər biri üçün akkreditasiya müddəti 5 il müəyyənləşdirilib.

 

yuxarı ⤴