1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
ADU-da yay imtahan sessiyasının müddəti uzadılıb
02.06.2017 / No20

 
 
 

 

 


Mayın 31-də Azərbaycan Dillər Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasda 2016-2017-ci tədris ilində bakalavriat səviyyəsində yekun Dövlət Attestasiyasının, magistr dissertasiyalarının yerinə yetirilməsi vəziyyəti və müdafiəsinin təşkili, 2016-2017-ci tədris ilinin II yarısının yekunları və yay imtahan sessiyasına hazırlıq məsələləri, alman dili kafedrasının hesabatı və cari məsələlər müzakirə edilib.
Müzakirə nəticəsində Azərbaycan Dillər Universitetində kadr hazırlığı üzrə ixtisasların xüsusiyyəti və tələbələrin istəyi nəzərə alınaraq universitetdə bakalavriat səviyyəsində yekun attestasiyanın ixtisas fənni üzrə tərtib olunmuş suallar əsasında imtahan və ya buraxılış işinin müdafiəsi formasında keçirilməsi qərara alınıb. Bununla yanaşı, yekun attestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədəmüvafiq hesab edilib.

 

yuxarı ⤴